Premyer Liqada 229 oyun və 195 qol

11.04.2013 | 4920 dəfə oxunub

Topaz Premyer Liqasının XXV turunda "Simurq" “Qəbələ”nin qonağı oldu. Stadium.az xəbər verir ki, “Simurq” hesabda 1:0 geri olduğu matçın son dəqiqələrində bərabərlik topun vuraraq səfərdə vacib bir xal qazandı. Bu qarşılaşmada Tomislav Buşiç sarı-qaralı forma ilə rəsmi oyunda vurduğu ilk qolla yadda qaldı. Xorvatiyalı futbolçu həmçinin “Simurq”un Premyer Liqadakı 195-ci qolununda müəllifi oldu.  

Zaqatala təmsilçisi mübarizəyə qoşulduğu ildə ilk qolunun müəllifi 28.09.2005-ci ildə “Simurq” - “ABN Bərdə” matçında Elmar Xeyirov vurub. Premyer Liqada isə komandanın qol hesabını açan futbolçu Elmar Sultanov olub. O, 11.08.2006-ci ildə səfərdə “Gənclərbirliyi” ilə keçirilən görüşdə fərqlənməklə adını “Simurq”un tarixinə yazdırıb. Komandanın yüksək dəstədə 50-ci qolunu isə 16.03.2008-ci ildə “Simurq” - “Gəncə” (3:0) oyununda penaltidən David Bolkvazde vurub. 100-cu qol isə sarı-qaraların tarixində ən çox fərqlənən futbolçu Vladimir Mazyarın adı ilə bağlıdır. Ukraynalı 12.05.2007-ci ildə “Simurq” doğma azərkeşlər önündə “Qarabağ”ı 3:0 hesabı ilə məğlub etdiyi görüşdə buna imza atmağı bacarmışdı. Premyer Liqada isə 100-cü qolun müəllifi Ruslan Qunçak olub. O, 12.09.2009-cu ildə “Bakı” - “Simurq” (2:2) görüşündə fərqlənməklə tarixə düşüb. Bu görüşdə Elşən Məmmədov həmçinin Zaqatala təmsilçisinin ümumilikdə 200-cü qoluna imza atıb. Ötən mövsüm isə Tofiq Mikayılov “Simurq”un 30.09.2011-ci tarixində keçirilən “Neftçi” ilə qarşılaşmada Premyer Liqadakı 150-ci qolunun müəllifi olub.

Qeyd edək ki, “Simurq” indiyənə qədər Premyer Liqada 229 oyun keçirdib. Növbəti turda “Neftçi” ilə görüşəcək komanda yubiley qarşılaşmasına çıxacaq. Bu matç baş məşqçi Georgi Çixradze üçün də xüsusi önəm daşıyır. Gürcüstanlı mütəxəssis turnir cədvəlinin hazırkı lideri ilə görüşdə “Simurq”u 35-ci premyer liqa oyununa çıxaracaq.     



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail