Məlikovla İsayevin oyununda azarkeş bıçaqlandı

14.04.2013 | 3309 dəfə oxunub

Xəbər verdiyimiz kimi, bu gün Türkiyə PTT Birinci liqasında 30-cu turun oyunu çərçivəsində həmyerlilərimiz Rail Məlikov və Arif İsayevin çıxış etdiyi "Dənizlispor" klubu öz meydanında "Karşıyaka"nı qəbul edib. Stadium.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, qarşılaşmadan öncə xoşagəlməz olaylar yaşanıb. Belə ki, "Dənizlispor"lu azarkeşlərdən biri rəqib komandanın fanatlarının yer aldığı avtobusa şüşə butulka atıb. Nəticədə "Karşıyaka"lılar həmin azarkeşi döyüblər. Bundan hiddətlənən "Dənizlispor"lu fanatlar da olaya qarışıblar və yekunda azarkeş qrupları arasında əməlli-başlı dava düşüb. Hadisədə Erkut Şengül adlı "Karşıyaka" fanatı bıçaqlanıb. Durumunun ağır olmadığı bildirilən fanat hazırda Denizli Dövlət Xəstəxanasında müalicə alır. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail