"Xəzər Lənkəran" tarixində 75-ci heç-heçə

15.04.2013 | 3933 dəfə oxunub

Topaz Premyer Liqasının XXVI turunun “Turan”la oyunundakı heç-heçə “Xəzər Lənkəran” üçün yubileylə əlamətdar oldu. Stadium.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bu qarşılaşmadakı 2:2 komandanın Azərbaycan çempionatlarında 75-ci bərabərliyidir. Premyer Liqadaki 9-cu mövsümündə 259-cu matçına çıxan “ağ-yaşıllar” bu görüşədək 74 dəfə “sülh” bağlamışdı.
 
Maraqlıdır ki, bu oyunadək heç-heçələrin yarısı evdə, yarısı səfərdə qeydə alınmışdı. Evdə 37 bərabərliyi olan “Xəzər Lənkəran” səfərdə 38-ci dəfə 1 xal qazanmaqla bu bərabərliyi pozdu.
 
“Xəzər Lənkəran” 2010/11 mövsümündə daha çox heç-heçə edib – 12 dəfə. 2009/10 mövsümündə 11, 2007/08-də 10, cari çempionatda və 2005/06-da 9, 2011/12-də 8 “sülh” qeydə alınıb. 2004/05 – 6, 2006/07 və 2008/09 mövsümlərində isə cəmi 5 bərabərlik olub.
 
Baş məşqçilər arasında daha çox heç-heçə Ağasəlim Mircavadova məxsusdur – 26. Digər mütəxəssislərdən Mirça Rednik 16. Yunis Hüseynov 7, Viktor Pasulko 6, Rasim Kara 5, Nazim Süleymanov 4, İqor Ponomaryov 3, Karles Martorell, Con Toşak hərəyə 2, Emin Quliyev, Hafiz Əliyev, Şenol Fidan, Cüneyt Biçər hərəyə 1 bərabərlik görüb.
 
“Xəzər Lənkəran” 19 rəqibi ilə bərabərə qalıb. Komanda daha çox paytaxt klubları ilə heç-heçə edib. “İnter”lə 12, “Bakı” ilə 11, “Neftçi” ilə 10 dəfə “sülh”ə imza atan “ağ-yaşıllar” digər 16 komandadan heç biri ilə 5 dəfədən çox heç-heçə etməyib: “Simurq” 5, “Turan”, AZAL, “Qarabağ”, “Qəbələ” 4, “Karvan”, “MKT Araz”, “Rəvan”, “Standard” 3, “Göyəzən”, “Sumqayıt” 2, “Kəpəz”, “Gənclərbirliyi”, MOİK, “Muğan” və ABN 1. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail