Ramil Əliyev: yubiley oyununda yubiley qələbə

15.04.2013 | 4003 dəfə oxunub

Topaz Premyer Liqasının 26-cı turunda "Kəpəz”ə qarşı oyunda qələbə qazanan "Rəvan" baş məşqçi Ramil Əliyevə yubiley hədiyyəsi etmiş oldu. Stadium.az klubun rəsmi saytına istinadən xəbər verir ki, son matç gənc mütəxəssis üçün ikiqat yubileylə yadda qaldı.

Belə ki, "Kəpəz”lə oyun baş məşqçi Ramil Əliyevin baş məşqçi kimi 90-cı görüşü oldu. Söhbət onun çalışdığı klublarda çalışdırdığı əsas komandalardakı oyun sayından gedir. 2008-ci ildə I diviziondan elitaya komanda çıxarmış ən gənc məşqçi kimi futbol tariximizə düşən Əliyevin cari mövsümün gedişində təyinat aldığı "Rəvan”dan öncəki karyerası sırf MOİK ilə bağlıdır. Hazırda Premyer Liqa tarixinin ən gənc baş məşqçisi sayılan Ramil Əliyev MOİK-dəki 80-nin üzərinə "Rəvan”dakı 10-u da gəlib 90-a çatdı. Göründüyü kimi, "Kəpəz”lə matç Ramil bəy üçün "Rəvan”dakı 10-cu görüş olub, yəni bu da bir yubileydir.

Daha bir yubiley onun bu matçlarda əldə etdiyi qələbə sayı ilə bağlıdır. Belə ki, 26 yaşlı Əliyev baş məşqçi kimi 90-cı görüşündə 30-cu zəfərinə sevindi. Ümumiyyətlə, gənc mütəxəssis 90 oyunda 30 qələbə, 15 heç-heçə və 45 məğlubiyyət görüb. Onun çalışdırdığı komandalar 88 dəfə rəqib qapısına yol tapıbsa, qapısından 140 qol buraxıb. Kubokdakı 7 oyunu çıxsaq, bu müddətdə Əliyevin komandaları 102 xal toplayıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail