Məşqçilərə Pro sertifikatları təqdim edilib

16.04.2013 | 3701 dəfə oxunub

AFFA-nın Futbol Akademiyasında UEFA-nın Bakıda ilk dəfə təşkil olunmuş Pro kateqoriyalı məşqçi kursunu müvəffəqiyyətlə başa vurmuş mütəxəssislərə müvafiq sertifikatlar təqdim olunub. Stadium.az xəbər verir ki, tədbirdə çıxış edən baş katib Elxan Məmmədov AFFA-nın prezidenti Rövnəq Abdullayevin adından məşqçiləri təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. E.Məmmədov bildirib ki, Pro kurslarının keçirilməsinə UEFA tərəfindən ciddi nəzarət olunub və AFFA-nın təşkilatçılığını Avropa futbol qurumu yüksək qiymətləndirib. Həmçinin qeyd olunub ki, ölkəmizdə təşkil olunacaq növbəti Pro kurslarına digər ölkələrdən də böyük maraq göstərilir və məşqçilər Azərbaycanda keçiriləcək kurslarda iştirak edə bilmək üçün AFFA-ya müraciət edirlər.
AFFA-nın Texniki direktoru Bernhard Lippert Pro kurslarının təşkilində əməyi olanların hər birinə təşəkkürünü bildirib.
Baş katib Elxan Məmmədov müvafiq sertifikatları məşqçilərə təqdim edib.
Futbol akademiyasının qarşısında tədbir iştirakçıları xatirə şəkli çəkdirib.
Tədbir başa çatdıqdan sonra Pro kateqoriyalı məşqçi kursunu müvəffəqiyyətlə başa vurmuş mütəxəssislərə AFFA tərəfindən ziyafət verilib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail