“Xəzər Lənkəran” “Bakı” önünə itkilərlə çıxacaq

16.04.2013 | 3477 dəfə oxunub

Azərbaycan kubokunun 1/2 final mərhələsinin ilk oyunları çərçivəsində “Xəzər Lənkəran” “Bakı” ilə qarşılaşacaq. Stadium.az xəbər verir ki, paytaxtda keçiriləcək ilk oyun öncəsi cənub təmsilçisinin heyətində müəyyən itkilər var. Klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlunun verdiyi məlumata görə, Topaz Premyer Liqasında “Turan”a qarşı keçirilən son oyundan sonra komandaya bir günlük istirahət verilmişdi. Bazar ertəsindən kubok oyunu üçün hazırlıqlara start verən komanda ilk öncə Tofiq Bəhramov adına Respublika stadionunda, bu gün isə “Bakı” klubunun bazasında son məşqini keçirib. “Komandanın heyətində ciddi itkilər yoxdur. Hücumçu Ağabala Ramazanov hərbi xidmət çəkdiyinə görə, yarımmüdafiəçi Elnur Abdullayev cəza səbəbindən, müdafiəçi Alvaro Silva isə zədə ucbatından sabahkı oyunu buraxacaq. Komandamız bütün fikrini kuboka yönəldib. İknci altılıqda mübarizə apardığımızdan Avropa Liqasına vəsiqə qazanmaq üçün kubok son ümidimizdir”.



pfl.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail