Tural Axundov: “Qoy, rəqiblər bizdən qorxsun” Müsahibə

16.04.2013 | 5619 dəfə oxunub

"Rəvan"ın kapitanı Tural Axundov klubun rəsmi saytına müsahibə verib. Stadium.az həmin müsahibəni təqdim edir:  

- Komandada vəziyyət, ab-hava necədir?

- Şükürlər olsun ki, hər şey yaxşıdır. Vəziyyətimiz çox gözəldir. Düşərgədə əla ab-hava hökm sürür. Artıq növbəti oyuna hazırlığa start vermişik.

- AZAL ilə oyuna hazırlıq necə keçir?

- Hər şey qaydasındadır. Şənbə və bazar günləri istirahət etdikdən sonra həftənin I günündən məşqlərə başlamışıq. Bütün diqqətimizi məhz AZAL ilə matça yönəltmişik. Məşqçilər də hazırlıq planını elə qurub ki, çox yüklənmə olmasın. Əsas oyun vaxtı sona qədər mübarizə aparıb, meydanda can qoymaqdı. Məncə, son aylarda bu baxımdan problem yaşamırıq. Uşaqlar meydanda bacardıqlarının ən yaxşısını sərgiləməyə çalışır.

- Şüvəlandakı matçda qələbə seriyasının davamını gətirə biləcəksiz?

- İnşallah, ordan da 3 xalla ayrılmaq istəyirik. Ümumiyyətlə, qələbə seriyasını maksimum dərəcədə uzatmaq lazımdır. Bu amil komandada özünəəminliyə birbaşa təsir edir. Qoy rəqiblər bizdən qorxsun (gülür).

- "Rəvan”ın kapitanı kimi Lənkərandakı kubok matçında debüt etdin. Siftə uğursuz olsa da, çempionatda komandanı sən meydana çıxaranda xal itirmirik...

- Ola bilsin, ayağım düşərlidir (gülür). Məncə, komandada kimliyindən asılı olmayaraq kapitan yerli futbolçu olsa, daha yaxşı olar. Çünki o, meydanda baş verənlərə birbaşa təsir edə bilir, hakimlə tez-tez ünsiyyətdə olur, baş məşqçinin təlimatlarını meydanda futbolçulara aşılayır. Bir sözlə, baş məşqçinin sağ əli olur. Əvvəllər heç vaxt kapitan olmadığımdan indiki duruma çox həssas yanaşıram. Bu, üzərimdə əlavə məsuliyyət yaradan funksiyadır. Çalışıram ki, həm meydanda, həm də ondan kənardakı hərəkətlərimlə komanda yoldaşlarıma nümunə olum.

- "Kəpəz”lə oyunda "Rəvan” forması ilə Premyer Liqada 50-ci oyuna çıxdın, yubiley qeyd etdin. Bu haqda fikirlərini bilmək maraqlı olardı...

- Çox sevindirici məqamdır. Ümid edirəm ki, bu rəqəm hələ çox artacaq. 50 150, 250 olacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail