"Bakı" kubok oyunun hazırlıqlarını tamamladı

16.04.2013 | 3642 dəfə oxunub

Azərbaycan kuboku uğrunda 1/2 final mərhələsinin ilk qarşılaşmasında "Xəzər Lənkəran"ı qəbul edəcək "Bakı" bu məsuliyyətli oyuna hazırlıqlarını bü gün keşirdiyi məşqlə başa vurdu. Stadium.az xəbər verir ki, "Bakı" futbol klubunun təlim-məşq bazasının stadionunda baş tutan məşqə tam heyətlə qatılan futbolçular ,əsasən, taktiki çalışmalar üzərində işlədilər. Komandanın baş məşqisi Bojidar Bandoviçin rəhbərliyi altında iki qrupa bölünən komanda son məşqi ruh yüksəkliyi ilə başa vuraraq oyunun başlama saatını gözləyir.

Yüngül zədəsi olan Xaviyer Juniorun sıraya qayıtması yaxşı xəbərlər arasındadır. Eyni zamanda Vinston Parksın da bərpa dövrünü başa vurmaqda olduğunu əlavə edək. Parks gələn həftədən etibarən topla məşğələlərə başlayacaq.

Xatırladaq ki, 
Azərbaycan kuboku uğrunda 1/2 final mərhələsinin "Bakı" - "Xəzər Lənkəran" oyunu 17 aprel 2013-cü il tarixdə saat 16.00-da başlanacaq. Oyun "Bakı" FK TBM-nin stadionunda baş tutacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail