"Rəvan" yağmurlu havada məşq etdi

17.04.2013 | 4498 dəfə oxunub

Topaz Premyer Liqasında ardıcıl 4 qələbə qazanan "Rəvan” final mərhələsinin ilk dövrəsinin son turuna hazırlıqlarını davam etdirir. Stadium.az xəbər verir ki, 27-ci tur çərçivəsində AZAL-ın qonağı olacaq komanda matça ciddi hazırlaşır. Gündə 1 dəfə olmaqla keçirilən məşqlər "Bayıl Arena”da reallaşır.

Bu gün növbəti məşq baş tutdu. Havanın yağmurlu olmasına baxmayaraq, futbolçuların səylə çalışmaları xüsusi vurğulanmalıdır. Təxminən saat yarım davam edən məşqdə baş məşqçi Ramil Əliyev əsasən toplu çalışmalara üstünlük verdi, yetirmələrinin qapıya zərbələr və standart vəziyyətlər üzərində işləməsini istədi.

Komanda sabah oyunöncəsi son məşqini edəcək. Belə ki, Şüvəlandakı "AZAL Arena”da keçiriləcək oyun aprelin 19-da, yəni həftənin cümə günü baş tutacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail