Hakan Şükür və Rüştü Rəçbər Bakıya gəlir

18.04.2013 | 5713 dəfə oxunub

Türkiyə milli komandasının sabiq üzvləri Rüştü Rəçbər və Hakan Şükür Bakıya gələcək. Bu haqda Lent.az-a məşhur qapıçı və hücumçu ilə danışıqları aparan “Bakı” klubu prezidentinin müşaviri Tunc Afşar məlumat verib.

O bildirib ki, Rüştü və Hakan Heydər Əliyevin 90 illik yubileyi münasibətilə Azərbaycan və dünya yığmaları arasında yoldaşlıq görüşündə iştirak üçün ölkəmizə təşrif buyuracaq. Həmin görüş mayın 1-də Bakıdakı “Bayıl Arena”da təşkil olunacaq. Daha öncə Türkiyə millisinin hazırkı baş məşqçisi Abdullah Avcının da bu oyunda iştirakı dəqiqləşib.

Qeyd edək ki, 40 yaşlı Rüştü Rəçbər oyunçu karyerasına ötən il yekun vurub. O, karyerası ərzində “Antalyaspor”, “Fənərbağça”, “Barselona” və “Beşiktaş”da çıxış edib. 1994-cü ildən şərəfini qoruduğu Türkiyə millisində 2002-ci ilədək 120 rəsmi matça çıxıb. 2003-cü ildə dünyanın ən yaxşı qapıçısı seçilib. Hakan Şükür isə daha zəngin karyeraya malikdir. O, “Sakaryaspor”, “Bursaspor”, “Qalatasaray”, “Torino”, “İnter”, “Parma” (İtaliya), “Blekbern” (İngiltərə) klublarında çıxış edib. 2000-ci ildə “Cim-Bom”un heyətində UEFA Kubokunu qazanıb. 1992-ci ildən çıxış etdiyi Türkiyə millisində 2007-ci ilədək 112 matçda 51 qol vurub. Yığma karyerasına 2007-ci ildə, futbolçu karyerasına isə 2008-ci ildə son qoyub. Hazırda Türkiyə Böyük Millət Məclisinin hakim Ədalət və İnkişaf Partiyasından olan millət vəkilidir. Həm Rüştü Rəçbər, həm də Hakan Şükür 2002-ci ildə “ay-ulduzlular”ın heyətində dünya çempionatının bürünc medalını qazanıb. Onlar futbolçu qismində də vaxtilə Bakıda olublar.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail