“Mövsümün sonunadək heç kimə uduzmamağı qarşıya məqsəd qoymuşuq” Müsahibə

18.04.2013 | 4795 dəfə oxunub

"Rəvan"ın futbolçusu Tofiq Mikayılov klubun rəsmi saytına müsahibə verib. Stadium.az həmin müsahibəni təqdim edir:

 Komandadakı son durum, ab-hava necədir? Bu barədə nə deyərdin?

- Hər şey əladır, yüksək səviyyədədir. Ab-havaya söz ola bilməz. Ardıcıl qazandığımız 4 qələbə hamıya yaxşı mənada təsir edib. İnşallah bu seriyanı mövsümün axırına kimi davam etdirmək istəyirik. Ən azından mövsümün sonunadək heç kimə uduzmamağı qarşıya məqsəd qoymuşuq. Ümumiyyətlə, bütün oyunlara 3 xal qazanmaq istəyi ilə çıxırıq. AZAL ilə oyun da bu baxımdan istisna olmayacaq. Yəni meydana yalnız qələbə naminə çıxacağıq.

- AZAL ilə növbəti oyuna hazırlıq artıq başa çatdı. Hazırlıq necə keçdi?

- "Kəpəz”lə görüşdən sonra 2 gün dincəldik. Bu həftədən məşqləri bərpa etmişik. Gündə 1 dəfə məşq edirik. Amma meydanda imkan daxilində çox qalmağa, məşq etməyə çalışırıq. Havanın əlverişsiz olmasına baxmayaraq, uşaqlar səylə çalışır. Hamı fikrini konkret məqsədə - növbəti qələbəyə yönəldib. Düşərgədə böyük ruh yüksəkliyi var.

- İlin əvvəlində demək olar, oynamırdın. Amma son oyunlarda daim diqqət mərkəzində olur, yaxşı oyun sərgiləyirsən. Hətta "Kəpəz”lə son qarşılaşmada 2 məhsuldar ötürmə verdikdən sonra çox gözəl qol da vurdun...

- Oynamamağımla bağlı qərarı məşqçilər korpusu verirdi. Açığı, özümə də bəzən qaranlıq qalırdı ki, niyə heç meydana çıxmıram. Amma şansımı gözləməyi lazım bildim. Baş məşqçimiz Ramil müəllim şans verən kimi bundan məharətlə yararlanmağa çalışdım. Necə oynadığıma isə məşqçilər qərar verər. Ümid edirəm ki, onların etimadını doğrulduram.

- Bəs yaxşı nə baş verdi ki, əsas heyətin üzvünə çevrildin?

- Dediyim kimi, ilin əvvəlində oynamayanda da məşqlərdə can yandırır, formamı tam bərpa etmək istəyirdim. Başqa sözlə, şansımı gözləməyi üstün tutmuşdum. Verilən bütün tapşırıqları can-başla yerinə yetirirdim ki, əsas heyətə qayıdım. Elə indi də məşqlərdə yüksək səviyyədə hazırlaşıram. Yalnız belədə komandaya tam faydalı ola bilərəm. Görünür, məşqçilər ilin əvvəlində tam hazır olmadığımı düşünüb.

- Sənə doğma olan amplua sol cinah yarımmüdafiəçisi, insaydıdır. Amma son matçlarda bəzən səni tam fərqli mövqelərdə də görmüşük...

- Hər şey məşqçinin istəyindən, verdiyi tapşırıqdan asılıdır. Lazım olanda dayaq yarımmüdafiəçisi və sağ cinah müdafiəçisi mövqelərində də çıxış etmişəm. Univarsallığımın komandaya faydası dəyirsə, buna da sevinirəm.

- Bir qədər də "Kəpəz” lə son matçdan danış. 2 məhsuldar ötürmə verdin, gözəl qol vurdun...

- Rəqib ilk yarıda bizə öz futbolumuzu sərgiləməyə imkan vermədi. Dağıdıcılıq baxımından yaxşı işlədilər. Amma fasilədən sonra vəziyyəti nəzarət altına ala bildik. Bunda məşqçinin təlimatına uyğun olaraq irəlidəki futbolçuların tez-tez yerlərini dəyişməsi də öz rolunu oynadı. Şəxsən mən meydanın dərinliyinə çəkilib oynamağı daha çox xoşlayıram. İlk qol epizodunda fikir verdizsə, mərkəzdən topu müdafiəçilərin arxasına atdım. Varea da öz işini gördü. İkinci qolda əks-hücumu davam etdirdim. Vurduğum topa gəlincə, Adamoviç standart vəziyyətlərdən yaxşı asmalar edir. Amma bu oyunda onun bir neçə cəhdi nəticəsiz qalmışdı. Yaxınlıqda rəqibin heç bir futbolçusunun olmadığını görüb ondan ötürmə istədim. Sonrası isə texnika məsələsidir. Topa düzgün zərbə vurdum və baxımlı qol alındı.

- Səncə, bu qol aprelin ən yaxşı 5 qolu sırasına düşəcək?

- Məncə, hə. Çünki doğrudan da yaxşı, baxımlı qol alındı. İnşallah "top-5”ə düşərik.

 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail