”Xəzər Lənkəran” həmişə qol vurduğu rəqibə qarşı

20.04.2013 | 4515 dəfə oxunub

Bu həftə Topaz Premyer Liqasının XXVII turunun oyunları keçiriləcək. Stadium.az xəbər verir ki, final mərhələsinin ilk dövrəsinin son turunda “Xəzər Lənkəran” “Sumqayıt”la görüşəcək. Əsas hədəfi ölkə kuboku ilə bağlı olan "Xəzər Lənkəran" Premyer Liqada qalmaq üçün mübarizə aparan rəqibini öz meydanında qəbul edəcək.
 
Lənkərandakı görüş tərəflər arasında 5-ci qarşılaşma olacaq. İlk dəfə final mərhələsində üz-üzə gələcək komandalar 2 dəfə 2011/12, 2 dəfə cari mövsümündə üz-üzə gəlib. Ötən mövsüm hər 2 qarşılaşmada “Xəzər Lənkəran” qalib gəlibsə, bu çempionatda qalib müəyyənləşməyib.
 
"Xəzər Lənkəran" rəqibinə qarşı keçirdiyi 4 matçın hamısında rəqib qapısına yol tapıb. Əslində 4 görüşdə cəmi 1 dəfə hansısa komanda qapısını toxunulmaz saxlaya bilib. Bu da ötən mövsümünü 2-ci dövrəsində “ağ-yaşıllar”ın səfərdə 3:0 hesabı ilə qalib gəldiyi matçda olub.
 
Lənkərandakı görüşlərdə isə hər 2 komanda qol vurub. Meydan sahibləri “Sumqayıt”la hər 2 ev oyununda eyni sayda 2 qol vurmağa nail olub. Ümumilikdə 2 qələbə və 2 heç-heçəsi olan “Xəzər Lənkəran” top fərqində ikiqat üstünlüyə malikdir – 8:4.
 
2011/12     06.08.2011     çempionat     e     2:1
2011/12     03.03.2012     çempionat     s     3:0
2012/13     31.10.2012     çempionat     s     1:1
2012/13     03.03.2013     çempionat     e     2:2



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail