"Qəbələ" "Ayaks", "Brügge" və "Fortuna" ilə qarşılaşacaq

20.04.2013 | 14432 dəfə oxunub

"Qəbələ"nin 15 yaşa qədər futbolçulardan ibarət komandası Hollandiyaya yollanır. Stadium.az xəbər verir ki, aprelin 21-də  “Zanbaqlar ölkəsi”nə səfər edəcək təmsilçimiz sözügedən ölkədə birhəftəlik hazırlıq keçəcək. Hüseynqulu Quliyevin yetirmələri hazırlıq çərçivəsində 3 yoxlama oyununda qüvvəsini sınayacaq. “Qəbələ”nin Hollandiyada üz-üzə gələcəyi rəqibləri və matçların keçirilmə tarixləri bəllidir. “Qırmızı-qaralar” ilk oyununu aprelin 23-də “Ayaks”a qarşı keçirəcək. Növbəti gün "Qəbələ" Belçikanın “Brügge” klubundan olan yaşıdları ilə münasibətlərinə aydınlıq gətirəcəklər. “Qəbələ” son yoxlama oyununda, aprelin 28-də Almaniya təmsilçisi “Fortuna” (Düsseldorf) ilə qarşılaşacaq. Komandanı Hollandiya səfərində “Qəbələ” Futbol akademiyasının direktor müavini Nail Kərimov və akademiyanın baş məşqçisi Halim Fıçıcı müşayiət edəcək. Akademiyanın gənc məşqçiləri Xaqani Məmmədovla Sahil Kərimli də heyətdə yer alıblar. “Qəbələ” səfərə bu futbolçularla yola düşəcək:

Süleyman Süleymanov, Toğrul Məmmədbəyli, Amin Seydiyev, Əzəmət Ələkbərli, Elvin Dəmirov, Xəyal Əmirli, Hacıağa Hacıyev, Baxşəli Baxşəliyev, Turan Manafov, Fərid Nəbiyev, Əhməd  Mirzəyev, Elvin Həsənov, Azər İsmayılov, Nurlan Quliyev, Coşqun Süleymanov, Qara Mehrəlizadə, Fərid Əsədli, Rövlan Muradov. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail