“Simurq” hər bir rəqibinə öz sözünü deyə bilən komandadır"

20.04.2013 | 3746 dəfə oxunub

Dünən əvəzedici heyətlərin ölkə birinciliyinin 27-ci turunda "Simurq" "Şəfa" stadionunda "İnter"in qonağı olub. Qarşılaşmadan Zaqatala təmsilçisi qolsuz bərabərliklə ayrılıb. Stadium.az xəbər verir ki, səfərdən vacib bir xalla qayıdan "sarı-qaralar"ın baş məşqçisi Rövşən Babayev oyun haqqında fikirlərini klubun rəsmi saytına bildirib: "Gözəl oyun keçdi. Hər iki komanda sona qədər mübarizə apardı. Həm “Simurq”, həm də “İnter” kollektiv oyun nümayiş etdirdi. Bügün komandam meydanda əsil əzmkarlıq göstərdi. Gecə saat 4-də yola çıxmaq və gəlib səfərdə güclü rəqiblə görüşdə belə vacib xal qazanmağımız əla nəticədir. Üstəlik də, bildiyiniz kimi dünən gecə Zaqatala 4 bal gücündə zəlzələ olmuşdu. İlk “altılıq”da mübarizə aparan komandalar, xüsusəndə yüksək yerlər uğrunda yarışan komandalar üçün hər görüşdən xalla qayıtmaq çox vacibdir. Buna görə yetirmələrimə çox sağ ol deyirəm. Onlara halal olsun ki, bir gecə yatmadan gəlib bu cür çətin görüşdən vacib xal qazandılar".

"Simurq"un baş məşqçisi rəqibi də, dəyərləndirib. O, "İnter"in gələcəyinin parlaq olacağını bildirib: "Bugünkü rəqibimiz həqiqətən güclü heyətə malik komandadır. Gələcəyi parlaq olan kollektivdir. Ancaq yaddan çıxarmayaq ki, “Simurq”da hər bir rəqibinə öz sözünü deyə bilən komandadır".

Rövşən Babayev yetirmələrinin ilk hissədə "İnter"dən daha üstün oyun nümayiş etdirdiyini bildirsə də, sonradan meydana daxil olmuş futbolçularının sərgilədiyi oyundan razı qalmadığını da, açıqlamasını da xüsusi vurğulayıb: "Birinci hissədə rəqibdən çox üstün oyun nümayiş etdirdik. Fasilədən sonra isə deyərdim ki, bərabər səviyyəli qarşılaşma keçdi. Uşaqlar meydanda bütün tapşırıqlarımı maksimum səviyyədə yerinə yetirməyə çalışdılar. İkinci hissədə dəyişiklər etməli oldum. Təbii ki, onların oyunu məni o qədərdə qanə etmədi. Bu gün onlardan istədiyimizi ala bilmədik. Ancaq o futbolçular kollektivdə hələ təzədilər. Onlara vaxt vermək lazımdır. İnanıram ki, gələcəkdə hər şey qaydasına düşəcək".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail