"Abışovda həyəcan hiss olunsa da..."

20.04.2013 | 4762 dəfə oxunub

Azərbaycan milli komandasının futbolçusu Ruslan Abışov Rusiya Premyer Liqasında debütündə adət etmədiyini mövqedə oynayıb. Stadium.az xəbər verir ki, 26 yaşlı həmyerlimiz “Rubin”in heyətində “Amkar”la 1:1 hesabı ilə nəticələnən səfər matçında müdafiənin sol cinahına cavabdeh olub. Belə ki, baş məşqçi Kurban Berdıyev həmin matçda 3 mərkəz müdafiəçi ilə çıxış etməyə üstünlük verərək, Ruslanı sola meylli oynadıb. 

Kazanlı həmkarlarımız matçda diqqət yetirilməli olan 5 məqamı seçərək, onların birində Abışovla Sololon Kverkveliya üzərində dayanıb: “Rubin”də son oyunlarda müdafiənin mərkəzində problemlər vardı. Berdıyevin Sezar Nvasla birgə müdafiədə buraxdığı Abışovla Kverkveliya bu il ilk rəsmi oyunlarını keçirirdilər. Çalışdırıcının yeni ildə 1 dəqiqə olsun belə rəsmi matçda oynamayanları əvvəldən müdafiənin mərkəzinə buraxmağının 2 izahı ola bilər. Bu, ya riskə getmək, ya da çarəsizlikdən idi. Belə görünür ki, “Amkar”la oyunda ikinci variant idi. Roman Şaronunun zədə, İvan Markanovun psixoloji planda problemi var. Buna görə Berdıyev mövsümə “Nefteximik”də başlayan Solomonla “Xəzər Lənkəran”dan gələn Ruslanı ilk dəqiqələrdən buraxmalı oldu”.

Kazanlılar Ruslanın debütündən razı qalıb: “Azərbaycanlı legionerin həyəcanı ilk hissədə buraxdığı bəzi səhvlərlə hiss olunurdu. Ancaq o, ümumilikdə layiqli oynayaraq, “Rubin”in oyununa girdi”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail