Georgiyevski: “Növbəti dəfə Çin dilində danışacağam” Müsahibə

22.04.2013 | 4429 dəfə oxunub

"İnter"in futbolçusu Slavço Georgiyevski klubun rəsmi saytına müsahibə verib. Stadium.az həmin müsahibəni təqdim edir:

-Slavço, belə mürəkkəb matçda rəqibin qapısından 5 cavabsız qol keçirmək “İnter”ə müyəssər oldu.

-Biz bu matça çox yaxşı hazırlaşmışdıq. Görüşdən öncə müxtəlif səpgidə söz-söhbətlər var idi və biz yalnız bunu istəyirdik- meydançaya çıxmaq və öz oyunumuzu göstərmək. Düşünürəm ki, bizə üstünlüyümüzü nümayiş etdirmək mümkün oldu. Komandamızı layiqli qələbə münasibətilə təbrik edirəm. Mənim yeganə narazılığım hakimin adi epizodda mənə sarı vərəqə göstərməsiylə bağlıdır. Soruşmaq istərdim, nəyə görə mənə sarı vərəqə göstərildi? Biz rəqibin müdafiəçisiylə sadəcə serb dilində danışırdıq və bu zaman qarşımda xəbərdarlıq gördüm. Yəqin oyunun baş hakimi poliqlotdur və serb dilini bilir, buna görə də növbəti dəfə Çin dilində danışacağam. Amma çox güman ki, o, Çin dilini də bilir.
 
-Mövsümdə ikinci dəfədir sarı vərəqə limitini keçirsiniz və bu, ikinci dəfə keçmiş komandanıza -“Neftçi”yə qarşı keçiriləcək matç öncəsində baş verir.
 
-Mən Çində olmuşam və cüzi də olsa bu dili bilirəm. Əgər hakim bu dili də bilirsə, o zaman növbəti dəfə biz Çin dilində də danışarıq. Mən başa düşmürəm ki, o, bizim serb dilində danışdığımızdan nə anladı və nəyə görə mənə sarı vərəqə göstərdi.
 
-Sarı vərəqə aldığın anda hakimdən soruşmadınız ki, nəyə görə vərəqə göstərildi?
 
-Düşünürəm ki, onun özü də bilmir. Mənim sualıma cavabında dedi ki, indi mənə qırmızı vərəqə göstərəcək. Anlamıram, nə vaxtdan futbolçulara meydançada bir-birilə danışmaq olmaz? Bir də harada yazılıb ki, ünsiyyətə görə sarı vərəqə göstərilir? Bizim serb dilində danışdığımızdan o, ümumiyyətlə, nə anladı?
 
-Buna baxmayaraq komandamız növbəti qələbəsini qazandı və yüksək yerlər uğrunda mübarizəni davam etdirir. Necə düşünürsünüz, “İnter” mövsümün yekunlarına görə məqsədlərinə çata biləcək?
 
-Əlbəttə. Mübarizə hələ irəlidədir. Məsələn, növbəti tur səfərdə “Neftçi” ilə oynamalıyıq. Mənim həmin matçda olmağım vacib deyil, uşaqlar mütləq mübarizə aparacaqlar. Biz mübarizəyə köklənmişik.
 
-“Simurq”la oyunöncəsi “İnter”in gənc yarımmüdafiəçisi Fuad Bayramov ağır zədə aldı. Yəqin bu vəziyyət komandamızın futbolçularına mənfi təsir göstərdi.
 
-Bu hadisə psixoloji planda bizə pis təsir göstərdi. Bir yerə toplaşdığımız zaman baş vermiş hadisədən xəbər tutduq. Heç kim inanmaq istəmirdi, axı Fuad bizlərdən biridir, o, bizim qardaşımızdır. Baş vermiş hadisə bizim üçün çox ağırdır. Ancaq ümid edirik ki, o, tezliklə meydançaya qayıdacaq. Allah ona şəfa versin!
 
-“Simurq”la oyuna qayıdaq. Komandamız bu mövsüm bir oyun ərzində ilk dəfəfir bu qədər qol vurur. Hansı amilin sayəsində “İnter” rəqibin qapısına 5 dəfə yol tapa bildi?
 
-Biz yaradılmış vəziyyətlərdən yaxşı istifadə etdik. Artıq matçın əvvəlində İbrahima Niassenin əla asmasından sonra Yuri Fomenko baş zərbəsilə topu qapıdan keçirdi. Sonra bizə asan oldu. Sürətli qol özümüzə olan inamımızı daha da artırdı. Rəqib azlıqda qaldığı zaman isə onlara daha çətin oldu. Biz bundan yararlandıq və üstünlüyümüzü vurulmuş qollarla göstərdik.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail