Topaz Premyer Liqası, 27-ci turdan məqamlar

22.04.2013 | 3724 dəfə oxunub

Mövsümün “11-liy”i, tarixdə 88

Topaz Premyer Liqasının XXVII turunun “Kəpəz” – “Turan” oyunu daha bir hakimin ölkə çempionatında debütü ilə əlamətdar oldu. Qarşılaşmanı idarə edən Ömər Paşayev həm mövsümdə, həm də tarixdə ilk dəfə güclülər dəstəsi oyununda baş hakim kimi meydana çıxdı. O, cari mövsüm Premyer Liqanın arxada qalan 157 görüşündə (nəticəsi ləğv olunan “Simurq” – “Rəvan” oyunu nəzərə alınmamaqla) fit çalan 11-ci referidir. Ümumilikdə isə 1992-ci ildən keçirilən çempionatlarda bunadək 87 hakim iş başında olmuşdu. Paşayev həmin siyahıya 88-ci kimi daxil oldu.

1

Əliyar Ağayev

21

2

Anar Salmanov

20

3

Rəhim Həsənov

20

4

Fariz Yusifov

20

5

Elçin Məmmədov

20

6

Vüsal Əliyev

19

7

Rauf Cabbarov

13

8

Elvin Əsgərov

11

9

Orxan Məmmədov

8

10

Ramil Diniyev

4

11

Ömər Paşayev

1

“Simurq”un tarixində antirekord

Zaqatalanın “Simurq” klubu tarixinin ən böyükhesablı məğlubiyyətini alıb. Bu, Topaz Premyer Liqasının XXVII turunun “İnter”lə səfər matçında gerçəkləşib. Əyalət təmsilçisi 0:5 hesabı ilə uduzmaqla 8 illik tarixində ilk dəfə 5 və daha çox top fərqilə məğlub olub.

Yarandığı 2005-ci ildən “Şəfa”dakı matça qədər 253 rəsmi matç keçirən “Simurq” ən ağır yenilgisini 254-cü görüşdə aldı. Bunadək 86 dəfə məğlub olan komanda birinci dəstədə 3, Azərbaycan kubokunda 6, avrokuboklarda 2, Premyer Liqada 75 dəfə uduzmuşdu. Həmin 86 məğlubiyyətdən ən böyük hesablıları  4 top fərqilə olmuşdu. 4 dəfə 4 top fərqilə yenilən zaqatalalılar 87-ci məğlubiyyətini 5 topla aldı. “Simurq”un 3-dən artıq, yəni 4 və daha çox top fərqilə aldığı məğlubiyyətlərin hamısı Premyer Liqaya təsadüf edib.

“Simurq”un 4 və daha çox top fərqli məğlubiyyətləri

16.05.2010

Simurq (Zaqatala) - Standard (Sumqayıt)

0:4

21.08.2010

Neftçi (Bakı) - Simurq (Zaqatala)

4:0

27.11.2010

Qəbələ - Simurq (Zaqatala)

4:0

16.12.2011

AZAL (Bakı) - Simurq (Zaqatala)

5:1

20.04.2013

İnter (Bakı) - Simurq (Zaqatala)

5:0

77 qol və məğlubedilməz AZAL

Topaz Premyer Liqasında final mərhələsinin ilk dövrəsi başa çatıb. Komandaların iki “altılıq”da mübarizə apardığı 5 turluq dövrədə 30 qarşılaşma keçirilib.

Həm 1-6, həm də 7-12-ci yerlər uğrunda mübarizə aparan “altılıq”da 15 oyundan 3-ü heç-heçə bitib. Yəni ümumilikdə 30 matçın 6-sı bərabərliklə nəticələnib.

Dövrənin 30 oyununda qapılara 77 qol vurulub. Orta məhsuldarlıq 2,57-yə bərabər olub. İlk “altılıq”da 34 (orta hesabla 2,27), ikincidə 43 qol (orta hesabla 2,87) vurulub.

Dövrənin ən yaxşısı AZAL olub. Məğlub olmayan yeganə komanda kimi fərqlənən “təyyarəçilər” 5 turda 13 xal qazanıb. “İlk altılığın” ən yaxşısı isə “Qarabağ” olub – 12 xal.

“Rəvan” hamıdan çox – 15 qol vurub. AZAL, “Qarabağ” və “Neftçi” hamıdan az – 4 top buraxıb.

“Kəpəz” xala, “Qəbələ” qələbəyə həsrət qalıb. “Kəpəz”lə “Simurq” hamıdan az – 2 qol vurub, “Turan” isə hamıdan çox – 14 top buraxıb.

1.

AZAL (Bakı)

4

1

0

11 - 4  

13

2.

Rəvan (Bakı)

4

0

1

15 - 5  

12

3.

Qarabağ (Ağdam)

4

0

1

 7 - 4  

12

4.

Neftçi (Bakı)

3

1

1

 6 - 4  

10

5.

İnter (Bakı)

3

0

2

11 - 6  

9

6.

Sumqayıt

2

1

2

 5 - 5  

7

7.

Xəzər Lənkəran

1

3

1

 5 - 5  

6

8.

Bakı

1

2

2

 4 - 5  

5

9.

Simurq (Zaqatala)

1

1

3

 2 - 8  

4

10.

Turan (Tovuz)

1

1

3

 5 - 14

4

11.

Qəbələ

0

2

3

 4 - 7  

2

12.

Kəpəz (Gəncə)

0

0

5

 2 - 10

0

pfl.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail