Mansurov və Genov siyahıya daxil oldular, Poladov debüt etdi

23.04.2013 | 5530 dəfə oxunub

Premyer Liqanın 27-ci turu çərçivəsində “Simirq”la keçirilən matç "İnter" üçün bir sıra statistik göstəricilərlə yadda qalıb. Stadium.az xəbər verir ki, “Simurq”la oyunda dubl etməklə fərqlənən bolqarıstanlı yarımmüdafiəçi Daniel Genov və çempionatda ilk dəfə əsas heyətdə meydançaya çıxan və ikinci hissədə zaqatalıların qapısından qol keçirən “İnter”in gənc forvardı Ramil Mansurov klubun tarixi ərzində bu turnirdə fərqlənə bilmiş “İnter”in sayca 71-ci və 72-ci futbolçuları oldular. Mövsümün gedişində bu siyahıya əvvəllər Georgiya Adamiya, Slavço Georgiyevski, Yuri Fomenko, Fuad Bayramov və artıq “İnter”dən ayrılmış Cako Arafat düşmüşdülər.

Bundan başqa, bu oyun “İnter”in qapıçısı Elşən Poladovun debüt etməsilə də yadda qaldı. Daha doğrusu, bu qapıçının komandanın heyətində çempionata qayıtmasıyla diqqəti cəlb etdi. Belə ki, Elşən Poladov 2006/2007-ci il mövsümündə “İnter”in qapısını qorumuşdu. Qeyd edək ki, Kaxaber Tsxadadzenin çempionatın 27 oyununda istifadə etdiyi futbolçuların sayı 29-a çatdı. “İnter”in heyətində daha çox meydançada olan futbolçu Slavço Georgiyevskidir - 2306 dəqiqə. Ən az oynayan gənc yarımmüdafiəçi Coşğun Diniyevdir-15 dəqiqə.

“İnter”in ən yaxşı bombardiri 7 qolla Baçana Tsxadadzedir. Təqribən hər 259 dəqiqən bir qol vurur. Ən çox sarı vərəqə alan futbolçu Vladimir Levin və Slavço Georgiyevskidir-8.

“Simurq” üzərində 5:0 hesablı qələbə “İnter”in tarixində sayca 4-cüdür. Belə ki, 2005/2006-cı il mövsümündə komanda doğma stadionda “Gəncə”ni 5:0 hesabıyla məğlub etmişdi. Növbəti mövsümdə “İnter” Tovuzun “Turan” komandasına 1:7 hesabıyla qalib gəlmişdi və 2009/2010-cu il mövsümündə Kaxaber Tsxadadzenin yetirmələri səfərdə “Muğan”ı 1:6 hesabıyla darmadağın etmişdilər.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail