Adams: "Qəbələ" üçün bacardığımı əsirgəməmişəm"

25.04.2013 | 3580 dəfə oxunub

“Stenli Brard çoxlu nailiyyət qazanmış məşqçidir. Biz onun Hollandiyada “Feyenoord” Akademiyasında gördüyü işdən razıyıq”. Stadium.az xəbər verir ki, bunu “Qəbələ” klubunda müşavir vəzifəsində çalışan Toni Adams deyib.

Adams iyundan “Qəbələ” Akademiyasının direktoru kimi fəaliyyətə başlayacaq Stenli Brardın nailiyyətlərindən və özünün “Qəbələ” prezidentinə məsləhətçi funksiyasından danışıb.

“Arsenal”ın canlı əfsanəsi Brardı 2005-ci ildən - “Feyenoord”da gənclər üzrə məşqçi işlədiyi vaxtdan tanıdığını bildirib: “Onun vaxtında çempionatda yaxşı nəticələr qazanılıb. Bizim üçün fərəhli haldır ki, Stenlini qazana bildik. “Feyenoord” Akademiyasını 9 ildən çox müddətdə yüksəklərə ucaldıb. Hazırda “Feyenoord”un əsas komandasında akademiyadan çıxmış çoxlu oyunçu var”.

Adams müşavir kimi işindən və yenidən məşqçiliyə başlamaq istəyindən dəm vurub: “Mənim qarşımda qoyulan şeylərin çoxunu yerinə yetirə bilirəm və “Qəbələ” üçün yaxşı olan nə varsa, bacardığımı əsirgəməmişəm. Ancaq mən məşqçilik həyatına üstünlük verirəm. Çəkmələrimi yenidən geyinib özümü bu işdə sınamaq, kömək etmək, bu oyunda öyrəndiklərimi kimlərəsə ötürmək daha yaxşı olardı. Mən ofisdə bir neçə saat qala bilərəm. Sonra ordan çıxmalı və nəsə etməliyəm. Çünki mən bayırda çox olan insanam”.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail