Varea: “Bu dəfə daha çətin olacaq”

26.04.2013 | 3895 dəfə oxunub

"Rəvan"ın argentinalı bombardiri Xuan Manuel Varea klubun rəsmi saytına açıqlama verib. Stadium.az xəbər verir ki, hazırda hesabında 13 qol olan və bombardirlər yarışında 3-cü pillədə qərarlaşan Xuan budəfəki oyunun daha çətin olacağını düşünür: "Unutmaq lazım deyil ki, öncəki oyunda ilk hissədən sonra uduzurduq. Sadəcə, həmin matçda fasilədən sonra fantastik çıxış etdik. Premyer Liqada heç bir komanda sənə havayı 3 xal verməz. Hamı döyüşür. Özü də hazırda rəqibimizin durumu elədir ki, hər xal onlar üçün qənimətdir. Elitada qalmaq uğrunda yarışda həlledici mərhələ başlayır deyə, "Turan” bu dəfə daha inadkarcasına oynayacaq. Onlar "Xəzər Lənkəran”dan xal alıb, sonra da "Kəpəz”i udublar. Deməli, bizə qarşı da vuruşacaqlar. Amma "Rəvan”ın da öz məqsədləri var. Hələ elitadakı yerimizi tam qətiləşdirməmişik. Ona görə də 3 xal bizə də vacibdir. Ümumiyyətlə, hər matçda meydana 3 xal dalınca çıxırıq. Sadəcə, bəzən nəsə alınmır və heç nəsiz qalırsan. Çalışacağıq ki, bu dəfə belə istisna olmasın”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail