Anderson Oliveyra: "Biz sona qədər mübarizə aparacağıq" Müsahibə

28.04.2013 | 3872 dəfə oxunub

"Simurq"un futbolçusu Anderson Oliveyra klubun rəsmi saytına müsahibə verib. Stadium.az həmin müsahibəni təqdim edir:

Anderson, özünü burada necə hiss edirsən?

- Çox yaxşı. Burada hər kəs mənə qarşı yaxşı davranır. Hər şey qaydasındadır.

Necə oldu ki, “Simurq”un təklifini qəbul etdin?

- Braziliyada olarkən burdan təklif gəldi. Məndə dəyərləndirdim və qəbul edib gəldim. Bir müddət baxışda oldum. Daha sonra müqavilənin şərtlərini müzakirə edib, razılığa gəldik.

Komandaya uyğunlaşmaqda çətinlik çəkmədin?

- Burada uyğunlaşmaqla bağlı heç bir problemim olmadı. Ən böyük çətinliyim dillə bağlı oldu. Çünki Azərbaycan və Rus dilində bilmədiyimdən ilk günlər problem yaradırdı. Ancaq artıq hər şey qaydasındadır. İngilis dilində fikirlərimi izah edirəm. Komandamın uğurları  haqqında Braziliyada yaşayan ailəmə tez-tez məlumatlar verirəm. 

Premyer Liqanın səviyyəsi gözlədiyin kimidir?

- Mənim üçün çox yaxşı çempionatdır. Gərgin oyunlara çıxırıq. Məncə hər bir futbolçunun arzusudur ki, bu cür liqadalarda forma geyinsin.

 - “İnter”lə oyunda böyük hesablı məğlub olmağımızda əsas səbəb nə görürsən?

- Bu oyunun nəticəsi həqiqətən bizim üçün acınacaqlı oldu. Buna görə çox məyusuq. Oyun ərzində çox çalışdıq ki, vəziyyəti düzəldək. Ancaq meydanda az qalmağımız buna imkan vermədi.

“Bakı” ilə oyuna hazırlıqlar necə gedir?

- Komandada hər bir kəs bu görüşə yüksək əhval-ruhiyyədə hazırlaşır. Bütün diqqətimizi bu oyuna yönəltmişik. Çalışacayıq ki, qalib gələn tərəf biz olaq. Çünki bununla son oyundakı uğursuz nəticənidə unutdurmaq istəyirik.

Rəqibi necə dəyərləndirərdin?

- Çox texnikalı komandadır. Son oyunlarda yaxşı təsir bağışlayırlar. Ancaq onlarında zəif tərəfləri var. Bizdə bunlardan istifadə etməliyik.

“Simurq”un Avroliqaya düşmək şansları haqqında nə düşünürsən?

- Düzünü desək, hazırki durumda şansımız çox aşağıdır. Ancaq biz buna baxmayaraq, sona qədər mübarizə aparacağıq.


 - Növbəti mövsümdə “Simurq”da qalmağı düşünürsən?

- Burada qalmağımla bağlı heç bir problem yoxdur. Ancaq yenidən rəhbərliklə oturub bəzi şeyləri müzakirə etməliyik. 


Braziliyaya qayıtdığın zaman Azərbaycandan ən çox nəyi xatırlayacaqsan?

- Hələ ölkəmə nə vaxt qayıdacağımı bilmirəm. Ancaq burda mən özümə unudulmaz yeni dostlar qazanmışam. Onlarla bağlı xatirələrimi unutmaram.


Braziliya ilə Azərbaycan arasında hansı oxşar və fərqli cəhətlər var?

- Oxşarlıq çəhətdən onu deyə bilərəm ki, ölkəniz getdikcə inkişaf edir və tez bir zamanda Braziliyaya çatacaq. Düşünürəm ki, Azərbaycanda tez bir zamanda Dünya Kubokuna ev sahibliyi edəcək. Fərqlilik baxımdan isə burada boş vaxtlarında əylənmək üçün o qədərdə çox yer yoxdur. Braziliyada isə hər yerdə var. Bakıda sizin ailənizlə birlikdə vaxt keçirmək üçün bir neçə variantınız ola bilər. 


Azərkeşlərlə münasibətləri necədir?

- Onlar möhtəşəmdirlər. Oyunlarımız zamanı bizə tam dəstək verirlər. Qarşılaşmalarda topla hansısa fənd edəndə hər kəs mənim adımı qışqırır, alqışlayır. Harda görsələr yaxınlaşıb şəkil çəkdirirlər. Bütün bunlara görə azərkeşlərimizə təşəkkür edirəm. 





Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail