Toşak: "Biz finala alın təri və azarkeşlərin gücü ilə vəsiqə qazandıq"

28.04.2013 | 5122 dəfə oxunub

"Mən “Bakı” tərəfinin bu açıqlamaları ilə tanış olub çox üzüldüm. Normal olaraq mən hakimlik haqqında heç zaman danışmıram. Amma əgər rəqibimiz hakimlərin bizə kömək etdiyini önə çəkirsə deyim ki, biz özümüz də hakimlikdən razı qalmadıq". Stadium.az xəbər verir ki, bu sözləri "Xəzər Lənkəran"ın baş məşqçisi Con Benjamin Toşak deyib. Uelsli mütəxəssis "Bakı" klubunun kubok çərçivəsində "Xəzər Lənkəran"a qarşı baş tutan görüşün baş hakimi Elçin Məmmədovun idarəçiliyindən narazı qalmasına münasibət bildirib. Toşak finala alın təri və azarkeşlərin gücü ilə vəsiqə qazandıqlarını bildirib: "Bircə şeyi vurğulayım ki, “Bakı” klubunun 5 nömrəli futbolçusu (Aqil Nəbiyev nəzərdə tutulur-red) iki dəfə simulyasiyaya əl atıb əlverişli hücumumuzun qarşısını aldı. Yan hakim bir dəfə real qol şansımıza mane olub oyundan kənar vəziyyət qeydə aldı. Mən, cavab qarşılaşmasından sonra mətbuat konfransında dediyim fikirlərimə bir daha qayıtmaq məcburiyyətindəyəm – “Bakı” mərhələ adlamağı hələ ilk oyunda uduzmuşdu. Biz finala vəsiqəni futbolçularımızın alnının təri və azarkeşlərimizin gücü ilə qazandıq.” 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail