"Bu addım gənc futbolçuları həvəsləndirir, sabaha ümidləndirir"

29.04.2013 | 5238 dəfə oxunub

Topaz Premyer Liqasının XXVIII turu “Qəbələ” Futbol Klubu üçün bir sıra maraqlı məqamlarla yadda qaldı. Stadium.az xəbər verir ki, “Qarabağ”la ev oyununda meydançaya 4 gənc futbolçu – Sadiq Quliyev, Kamal Mirzəyev, Tərzin Cahangirov və Ürfan Abbasovla  çıxan “qırmızı-qaralar” komandanın gələcəyi və gənc futbolçuların inkişafı baxımından mühüm addım atdı. Matç Sadiq Quliyev və Kamal Mirzəyevin debütü ilə yaddaqalan oldu. Oyundan sonra gabalalafc.az-a açıqlama verən debutantlar hisslərini bizlərlə bölüşdülər.

Çıxışını dəyərləndirən 18 yaşlı Sadiq Quliyev meydançaya həyəcansız çıxdığını bildirdi: ”Maraqlı və gərgin oyun alındı. Mənim üçün xüsusilə yaddaqalan matç oldu. Məğlub olmağımız məyusluq yaradır. İstərdim ki ilk oyunumdan qələbə ilə ayrılım. Təəssüf ki, alınmadı. O ki, qaldı fərdi oyunuma fikrimcə normal çıxış etdim. Amma bunu ən yaxşı məşqçi heyəti və izləyicilər dəyərləndirə bilər. Meydançaya həyəcansız çıxmışdım. İlk dəfə idi ki, “Qəbələ” bu sayda gənc futbolçu ilə çıxış edirdi. Bu addım həm əvəzedici heyətdəki, həm də akademiyada yetişməkdə olan futbolçuları həvəsləndirir, sabaha ümidləndirir. Çalışacam mənə bəslənən ümidləri doğruldum, oyunumla əsas komandada möhkəmlənim”.

Kamal Mirzəyev ona şans verilməsini gözlədiyini, bu addımın onları stimullaşdırdığını söylədi:

“Mənə şans verilməsini səbirsizliklə gözləyirdim. İlk dəqiqələrdə həyəcanlı idim, amma vaxt irəlilədikcə həyəcanı üstümdən ata bildim. Çıxışım barədə danışmağım düzgün olmazdı. Bu barədə məşqçilər danışsa daha düzgün olar. Amma fikrimcə gənclərin meydançadakı topla davranışları və anlaşmaları normal səviyyədə idi. Ən əsası bizlərə şans verilməsi gənc futbolçuları stimullaşdırır”. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail