Qurban Qurbanovun oğlu “lipa”dı? ARAŞDIRMA

30.04.2013 | 28746 dəfə oxunub

Artıq xeyli vaxtlı ki, Bakı Futbol Federasiyasının təşkilatçılığı ilə keçirilənSabahın ulduzlarıturnirinin gedişini mütəmadi olaraq izləyirəm. Azından öz övladlarımın daİnterPİK-i təmsil etdiyindən buna məcbüram. Aşağı yaş qrupları arasında keçirlən bu yarışlarda bir çox istedadlı uşaqlar diqqətimi cəlb edib. Onlardan da biriNeftçinin futbolçusu Musa Qurbanlıdı. Həqiqətən bu uşaq yaşıdlarından boy-buxunu (Maşallah) göstərdiyi oyun ilə fərqlənir. Həm MusanınQarabağın baş məşqçisi Qurban Qurbanovun oğlu olması validyenlər tərəfindən ona olan marağı bir qədər artırır. Ötən həftə ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyi münasibətilə keçirilən turnirdə tanımadığın iki valideyinin Musanınlipaolması ilə bağlı müzakirələrinin şahidi oldum. Onlardan biri konkret olaraqfutbol11.azidman portalında Musanın verdiyi müsahibəni əsas gətirirdi: “Uşaq sözün düzünü deyər. Musa müsahibəsində deyib ki, 2001-ci ildə anadan olmuşam”. Maraqlı məqam yaranırdı. Necə ola bilər ki, göstərdiyi futbol, məşqçi bacarığı insani keyfiyyətləri ilə hörmət qazanmış Qurban müəllim övladının yaşını süni şəkildə azaltsın? Məsələni araşdırmaq qərarına gəldim. Əvvəl həmin saytda gedən materialı tapdım. Həqiqətən orada Musanın 2001-ci ildə anadan olduğu göstərilirdi: “...2001-ci ildə dünyaya gələn Musa artıq öz qol vurmaq bacarığını da nümayiş etdirib... “Neftçiklubunun aşağı yaş qruplarında yetişən Musanın perspektivinə məşqçilər böyük ümidlər bəsləyirlər...” Doğrudanmı Musalipadı”, yoxsa məqaləni yazan kəs səhvə yol verib? Əvvəl yarışların təşkilatçısı Bakı Futbol Federasiyasının nümayəndəsi Mahir Süleymanovla əlaqə saxladım. Mahir müəllimNeftçinin təqdim etdiyi sifariş ərizəsində, futbolçunun 2002-ci il təvəllüd olmasının göstərildiyini bildirdi: “Musa necə ildi ki, “Sabahın ulduzlarında çıxış edir, hətta turnirin bombardiridi. Klubun bizə təqdim etdiyi doğum haqqında şəhadətnamənin surətində 2002-ci il göstərilib. Biz bu sürəti götürəndə müqayisə edib əslini onlara qaytarırıq”. Eyni sözləri Musanın məşqçisi Tural Kərimovdan da eşitdik: “Hazırda Musa Eldəniz müəllimin rəhbərliyi altında özündən yaşca böyük uşaqlarla məşq edir. Bu onun daha da inkişaf etməsinə hesablanmış addımdı. Yarışlarda isə 2002-ci il təvəllüdlü uşaqlardan təşkil olunmuş komandaya cəlb olunur bizə kömək edir. Onunlipaolması doğru deyil. Qurban müəllimi yaxşı tanıyıram, onun belə bir görməsi mümkün deyil”.

Məsələyə aydınlıq gətirmək üçün Qurban Qurbanovun özü ilə əlaqə saxlamaq cəhdimiz gec olsa, baş tutdu. Təcrübəli məşqçi saytda yazılanların həqiqətə uyğun olmadığını bildirdi: “Məni tanıyanlar bilirlər ki, belə saxtakarlığa yol vermərəm. Övladımın neçənci ildə anadan olduğunu məndən yaxşı kimsə bilməz. Musa 2002-ci ildə anadan olub. Deyilənlərin hamısı boş söz-söhbətdi. Saytda gedən xəbər həqiqəti əks etdirmir. Yəqin ki səhvlik olub”.

Sonda həqiqətənmi məterialda səhvin gedib-getməməsi ilə bağlıfutbol11.azın redaktoru Elgiz Abbasovun da fikirlərini öyrəndim: “Həmin yazı bir neçə ay öncə sayta yerləşdirilib. Müəllifin səhvi üzündən Musanın 2001-ci ildə doğulduğu göstərilib. Bu haqda bir qədər gec  xəbər tutduq. Sonradan nəyə görəsə həmin səhvin düzəlməsi yaddan çıxdı”.

Belə, bir neçə ay öncə diqqətsizlik üzündən gedən yanlışlıq kimlərdəsə Musa Qurbanlı atısı Qurban Qurbanov haqda səhv fikir formalaşdırmışdı. Yəqin ki, bu yazı ilə həmin fikirlərin həqiqətən səhv olmasını göstərə bildim.

İlqar TAĞIYEV, Het-trik news



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail