Hafiz Məmmədov: "Foqtsun bəzi fikirləri mənim üçün qaranlıq qaldı"

30.04.2013 | 4256 dəfə oxunub

"Bakı" futbol klubunun prezidenti Hafiz Məmmədov klubumuzun dəvəti ilə Azərbaycanda səfərdə olan "Atletiko" Madrid nümayəndə heyyətinin şərəfinə verilən ziyafət zamanı yerli jurnalistlərin suallarını cavablandırıb.

"Bu layihə üzərində işlərə yay aylarında başladıq. Nəticəsini bu gün görürsünüz, "Atletiko" Madrid  bizimlə birlikdədir. Sabah çox maraqlı bir qarşılaşma olacağını düşünürəm. Fürsətdən istifadə edib, hamınızı stadiona - bu möhtəşəm oyuna canlı baxmağa dəvət edirəm. Əminəm ki, bu oyun bütün Azərbaycan futbolu üçün faydalı olacaq.

Oyun vaxtına az saatlar qalsa da, hələ ki, həllini tapmamış məsələlər var. Məsələn, "Atletiko"ya qarşı kimin oynayacağı hələ də tam təsdiq olunmayıb. Berti Foqts çox hörmət etdiyimiz bir adamdır, ancaq onun bəzi fikirləri mənim üçün qaranlıq qaldı. Onun bəzi sözlərini qəbul etmirəm. "Atletiko"ya qarşı oyun bizim futbolçular üçün əvəzolunmaz bir məktəb olardı. Millimiz Almaniyanın tanınmayan bir klubu ilə oynaya bilir, amma "Atletiko" ilə yox? Berti Foqts mütəxəssisdir, amma bu fikirləri onunla bölüşmürəm.

Sabahkı oyun siyasətin bir parçasıdır. Ölkə başçısı, möhtərəm prezident İlham Əliyevin apardığı siyasətin bir hissəsi olaraq futbolda belə layihələr reallaşdırırırıq.  Bu oyunun idman nəticəsi önəmli deyil. İspan qonaqlar Bakıda gördüklərindən yaxşı mənada təəəccüblənirlər.

Qarşılaşmanın tarixi barədə müxtəlif təkliflr var idi. Biz 30 aprel gününə üstünlük verdik. Klubumuz və futbolçularımızla birlikdə bu oyunu ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr edirik.

"Bakı'nın cari mövsüm zəif nəticələr göstərməsinə normal yanaçıram, bu faciə deyil. Klubumuzda uşaq futbolu sahəsində böyük işlər aparılır. "Atletiko" ilə əməkdaşlığa start verilib, sırada daha bir köklü Avropa klubu var. "yaxın zamanlarda Fransanın "Lans" klubu ilə işbirliyi barədə anlaşma imzalanacaq.

Biz "Atletiko"nun illərin sınağını keçmiş effektli sistemini klubumuzda tətbiq etməyə hazırlaşırıq. Əminəm ki, Madrid klubununun sistemi "Bakı"nı çox irəli aparacaq".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail