Baş katib Bernd Şusterlə görüşüb

30.04.2013 | 3608 dəfə oxunub

Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə mayın 1-də Bayıl stadionunda veteran futbolçular arasında keçiriləcək beynəlxalq yoldaşlıq oyunu ilə əlaqədar Bakıda səfərdə olan almaniyalı məşhur futbol veteranı Bernd Şuster bu gün AFFA-nın inzibati binasında baş katib Elxan Məmmədovla görüşüb. Stadium.az xəbər verir ki, qonağı salamlayan E.Məmmədov AFFA-nın dəvətini qəbul etdiyi üçün ona minnətdarlığını bildirib. Öz növbəsində B.Şuster Azərbaycanda olmasından böyük məmnunluq hissi keçirdiyini və veteranlar arasında keçiriləcək yoldaşlıq oyununu səbirsizliklə gözlədiyini deyib.

AFFA-nın Futbol akademiyasına gedən almaniyalı futbol veteranı buradakı şəraitlə tanış olub, 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının üzvləri ilə görüşüb və Azərbaycan milli komandasının futbolkasının üzərinə xatirə imzası çəkib.

Baş katib AFFA-nın hədiyyələrini Bernd Şusterə təqdim edib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail