"Xəzər Lənkəran" "Bakı" - "Atletiko" əməkdaşlığını yüksək qiymətləndirir

30.04.2013 | 3854 dəfə oxunub

"Xəzər Lənkəran" klubu "Bakı" - "Atletiko" əməkdaşlığına münasibət bildirib. Stadium.az xəbər verir ki, klubun rəsmi saytında yer alan xəbərdə deyilir:  

"Azərbaycan futbolunun inkişafına xidmət göstərmək yolunda daim özünəməxsus müsbət addımları ilə fərqlənən “Xəzər Lənkəran” futbol klubu olaraq “Bakı” klubunun da, Avropanın tanınmış bir klubu ilə əməkdaşlığını yüksək qiymətləndiririk. Bu gün heyətində Avropanın bir çox tanınmış futbol ulduzlarının toplaşdığı Madrid “Atletiko”sunun İspaniya La Liqasında formalarında “Azerbaijan - Land of Fire” reklamı ilə meydana çıxmasına necə sevinmişdiksə, bu gün də, bu klubun “Bakı”nın dəvəti əsasında paytaxtımızda olmasından məmnunluq duyuruq. “Xəzər Lənkəran” klubu olaraq düşünürük ki, klublarımızın ölkəmizi və futbolumuzu dünyada tanıtdırmaq yolunda atdığı hər bir belə addım ümumi olaraq ölkə futbolumuzun inkişafına xidmət sayılmalıdır. Hazırda klublarımızın ölkə daxilində klub infrastrukturunu formalaşdırmaq xətti ilə yanaşı hazırlayıb həyata keçirdikləri “Azerbaijan - Land of Fire” kimi böyük layihələrdə, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin “Azərbaycan futbolunun inkişafına dair dövlət proqramı”na dəstək verən gözəl bir addımdır.

Bir daha “Xəzər Lənkəran” klubu olaraq “Bakı” klubunun həyata keçirdiyi lahiyəni, “Bakı”- “Atletiko” (Madrid) əməkdaşlığını yüksək qiymətləndirib dost paytaxt klubuna bu yolda uğurlar arzulayırıq".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail