Rövnəq Abdullayev: "İndi stadion var, ancaq oyunlara gələn yoxdur"

01.05.2013 | 3522 dəfə oxunub

“Çempionluğun 2 komanda arasında gedəcəyi haqda danışmaq hələ tezdir. Məncə, hələ çempionatın sonunu gözləmək lazımdır”. Stadium.az xəbər verir ki, bu sözləri AFFA prezidenti Rövnəq Abdullayev deyib.

Rövnəq Abdullayev jurnalistlərə ölkə futbolu ilə bağlı açıqlamalar verib. 

Çempionluq yarışının tək “Qarabağ” və “Neftçi” arasında getməyəcəyini bildirən AFFA prezidenti “altılıq” sisteminin mənfi cəhətindən danışıb: “Altılıq” sisteminin müsbət cəhətləri olduğu kimi, bəzi mənfi cəhətləri də var. Hazırda AZAL və “Xəzər Lənkəran” kimi güclü komandalar ilk “altılıq”dan kənarda qalıb. Bu da həmin klubların motivasiyasının azalmasına səbəb olur və bu səbəbdən çempionata maraq azalır”.

Abdullayev azarkeşlərin stadionlara az gəlməsindən narahatlığını yenə gizlətməyib: “Azarkeşlər əvvəl deyirdi ki, stadionlarımız yoxdur. İndi stadion var, ancaq oyunlara gələn yoxdur. Məsələn, 12 minlik “Bakcell Arena” var, ancaq heç onu doldurmurlar. Yaxınlarda 68 minlik Olimpiya stadionu istifadəyə veriləcək, bəs bunu necə dolduracaqlar? Deməli, günah hamımızdadır: həm bizdə, həm siz jurnalistlərdə. Azarkeşləri stadionlara cəlb etmək üçün düzgün yönləndirməliyik”. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail