Tour d’Azerbaïdjan başladı

01.05.2013 | 3657 dəfə oxunub

Bu gün “Tour d’Azerbaidjan” beynəlxalq velosiped turuna start verilib. Stadium.az xəbər verir ki, 5 mərhələdən ibarət olacaq yarışın ilk mərhələsi Bakıda start götürüb.

25 komandanın iştirakı ilə keçirilən yarış Heydər Əliyev Mərkəzinin qarşından başlayıb. İştirakçılar Heydər Əliyev prospekti ilə metronun “Koroğlu” stansiyası arasında 11 dəfə dövrə vurduqdan sonra yenidən ilk nöqtəyə qayıdacaq. Marşrutun ümumi uzunluğu 157 km təşkil edəcək.Ölkəmizi bu yarışda "Synergy Baku" təmsil edir

Qeyd edək ki, sabah velosipedçilər yeni yaradılmış velosiped parkından start götürərək, Böyük Qafqaz sıra dağları istiqamətində yola düşəcəklər. 183 km qət etdikdən sonra İsmayıllıda finiş xəttini keçəcəklər. Mayın 3-də yarış iştirakçıları Qəbələdən start götürərək, Oğuzdan keçməklə Şəkiyə yollanacaq, oradan isə yenidən başlanğıc nöqtəyə (165 km) qayıdacaqlar. 

4-cü mərhələdə Qəbələdən start götürərək, İsmayıllını keçməklə Şamaxıya yürüş olacaq. İdmançılar 116 km məsafə qət edib, dəniz səviyyəsindən təxminən 1450 m hündürlükdə yerləşən Pirqulu rəsədxanasının yaxınlığında, Vergilər Nazirliyinin Tədris Mərkəzinin qarşısında finiş xəttini keçəcəklər. 146 km uzunluğu olan son mərhələ (5 may) Azadlıq meydanından başlayaraq, Bakının mərkəzi küçələri və prospektlərindən keçərək, Hökumət Evinin qarşısında başa çatacaq.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail