Foqts: "Sizin çempionatla bağlı sual verməyiniz məni çox təəssüfləndirir"

01.05.2013 | 4671 dəfə oxunub

Milli komandamızın baş məşqçisi Berti Foqts “Futbol “Bakcell” ilə” layihəsi zamanı jurnalistlər üçün brifinq keçirib. Stadium.az xəbər verir ki, almaniyalı mütəxəssis jurnalistlərin ilk öncə çempionatla bağlı sual verməsindən narazı qalıb:

- Biz bura meydançanın açılışına gəlmişik. Amma sizin çempionatla bağlı sual verməyiniz məni çox təəssüfləndirir. Biz futbolçuların gələcəyi üçün belə bir imkanlar yaradırıq. Onlar yaxşı məşq keçə, futbol oynaya bilsinlər və uşaq vaxtlarından şərait yaradılmağı yaxşı haldır. Çox şadam ki, dövlət, AFFA tərəfindən uşaqlar üçün belə kiçik meydançalar tikilir. Mən də bura elə buna görə gəlmişəm.

- Biz bununla bağlı sualları AFFA prezidenti Rövnəq Abdullayevə verəcəyik... 
- Çempionatda son həftələr bir neçə oyun izləmişəm. Maraqlısı da vardı, maraqsızı da. Onu deyə bilərəm ki, çempionluq son turlarda “Neftçi” ilə “Qarabağ” arasında həll olunacaq.

- “Bakı” ilə “Atletiko” arasında yoldaşlıq görüşünə stadiondan baxmaq imkanınız oldumu? 
- Bəli, dünən stadionda idim. 

- Oyunu necə dəyərləndirərdiniz? 
- İlk hissəni qiymətləndirmək olar. İkinci hissədə “Bakı”nın heyətində meydanda gənc futbolçular vardı. Onlara şans verilmişdi. 90 dəqiqəni nəzərə alsaq, meydandakı İspaniya çempionatından tanıdığımız “Atletiko” deyildi. Ancaq ümumilikdə götürdükdə, böyük bir futbol bayramı idi. Bu, Azərbaycan üçün çox yaxşı bir reklamdı. Bütün futbol həvəskarları dünənki oyundan həzz aldılar. Fikrimcə, daha yaxşı futbolu dünən gec saatlarında “Real”la “Borussiya” arasında izlədik. Bu 2 oyun arasında fərq hiss olunurdu. 

- Mayın 29-da Qətər yığması ilə yoldaşlıq görüşünü ölkə kubokunun finalçıları buraxacaqlar. Bu amil ardından Lüksemburqla rəsmi matç üçün müəyyənləşdirə biləcəyi taktiki sxemə əlavə problemlər yaratmayacaq? 
- Sözsüz ki, kubokun finalı çox vacibdir. Buna görə “Neftçi” ilə “Xəzər Lənkəran”ın futbolçularını Qətərə apara bilmirik. Mən də futbolçu olmuşam, özüm üçün çempionatdan sonra kubok vacibdir. 

- Yoldaşlıq görüşündə nəticə vacibdir? 
- Dəvət Qətərdən gəlib, bütün xərcləri ödəyirlər. Bizim də millidə bir sıra futbolçular ki, çempionatda daim oyun təcrübələri yoxdur. Vaqif Cavadov, Bədavi Hüseynov, Əfran İsmayılov, Əli Gökdəmir, Rüfət Dadaşovu misal göstərmək olar. Yəni bu baxımdan yoldaşlıq görüşü bizim üçün vacibdir ki, həmin futbolçulara özlərini göstərmək üçün şans verək. İkinci vacib məsələ odur ki, Lüksemburqla oyunda Rauf Əliyevlə Vüqar Nadirov bizə kömək edə bilməyəcəklər. Hər ikisi cəzalıdır. Buna görə oyun başqa futbolçuları sınaqdan keçirmək üçün bir şansdır.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail