"Simurq" "Neftçi" ilə oyuna hazırlaşır

04.05.2013 | 3572 dəfə oxunub

Dünən "Qəbələ" ilə görüşdə vacib qələbə qazanan "Simurq" ara vermədən "Neftçi" ilə oyunun hazırlıqlarına başlayıb. Stadium.az xəbər verir ki, bu gün səhər saatlarında çalışmalara start verən sarı-qaraları əvvəlcə baş məşqçi Georgi Çixradze ətrafına yığaraq ənənəvi söhbət edib, bir daha qələbə münasibətilə təbrik edib və tapşırıqlarını verib. Daha sonra futbolçular iki qrupa bölünərək hazırlıqlara başlayıb. Əsas heyətdə meydana çıxanlar yüngül qaçış və isinmə hərəkətləri ilə məşqi tamamlayaraq istirahətə çəkilib. Digərləri isə fiziki hazırlıq üzrə məşqçi Aleksandr Karakliçin rəhbərliyi altında müxtəlif tapşırıqları yerinə yetiriblər. Sonda isə iki qrupa bölünərək ikitərəfli futbol oynayıblar. Dünən ikinci qolda zədələnərək məcburi əvəzlənən oyunun qəhrəmanı Nicat Qurbanovda bu günkü hazırlıqda iştirak edib.   

Qeyd edək ki, komanda növbəti turda "Neftçi"nin qonağı olacaq. Bu görüşdə sarı vərəqə limitini keçən İlkin Qırtımov forma geyinə bilməyəcək. Onunla yanaşı Nicat Qurbanov və Eyyub Əliyevdə paytaxt klubundan icarə əsasında heyətə qatıldığından müqavilə şərtlərinə uyğun olaraq meydana çıxa bilməyəcək. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail