"Qəbələ" çempion oldu

05.05.2013 | 4385 dəfə oxunub

Öncə U-11 Liqasının ilkin regional çempionatında, daha sonra isə final mərhələsində uğurlu çıxışla yadda qalan "Qəbələ"nin 11 yaşa qədər futbolçulardan ibarət komandası bu gün liqanın yekun - final oyununa çıxıb. Stadium.az xəbər verir ki, paytaxt təmsilçisi "Neftçi" ilə üz-üzə gələn "qırmızı-qaralar" gərgin və maraqlı mübarizənin sonunda kuboku başı üzərinə qaldırıb. 

Matçda hesabı "Neftçi" açıb. Fasiləyə məğlub yollanan Zaur Hacıyevin yetirmələri ikinci hissədə tədricən üstünlüyü ələ keçiriblər. Ardıcıl hücumlar matçın son - 30-cü dəqiqəsində öz bəhrəsini verib. Turxan Quluzadə status kvonu bərpa edib və qarşılaşmanı uzatma dəqiqələrinə daşıyıb. İki 5 dəqiqəlik əlavə hissədə hər iki tərəfin fərqlənmək imkanı olsa da, hesab dəyişməyib. Beləliklə, qalibi müəyyənləşdirmək üçün penalti vuruşlarına keçilib. Həlledici məqamda daha sərrast oynayan "Qəbələ" rəqini 5:3 hesabilə məğlub edib və turnirin qalibi adına sahib çıxıb.

Final matçının ardından qaliblərin təltifetmə məraisimi baş tutub. Mükafatçılar sırasına adını yazdırmış komandalara - "Qəbələ", "Neftçi" və "Gəncə"yə kubok və medallar təqdim olunub. "Qırmızı-qaralar"ın üzvü Turxan Quluzadə çempionatın ən yaxşı futbolçusu adına layiq görülüb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail