Tovuzlu azarkeşlər təzyiqə məruz qalıblar
Cümə günü keçirilən “Turan” - AZAL görüşündə oyunu izləməyə gələn bir qrup tovuzlu azarkeş polis tərəfindən təzyiqlərə məruz qalıb. Bu barədə "Het-trik news" qəzetinə əslən tovuzlu olan Sahib Musayev məlumat verib. Onun sözlərinə görə, oyunun başlamasına 1 saat qalmış oyunöncəsi məşqi izləmək üçün stadiona daxil olmaq istəyərkən, polislər buna imkan verməyiblər və hərəkətlərinin səbəbi kimi rəhbərliyin göstərişini yerinə yetirdiklərini deyiblər: “Təxminən 15 nəfər komandanın ağır günündə “Turan”a dəstək olmaq üçün o boyda yol gəldik. Stadiona çatanda matçın başlamasına 1 saat qalırdı. Fürsətdən istifadə edib oyunöncəsi məşqi izləmək istədik. Amma polislər içəri keçməyimizə mane oldular. Halbuki, həmin vaxt stadiona girib-çıxanlar var idi. Səbəb kimi isə, yuxarıdan göstəriş olduğunu və azarkeşlərin qrup şəklində gəlməli olduqlarını dedilər. Saat 5-də axır ki, stadiona daxil olduq. Bir qədər sonra bizə daha 5 nəfər qoşuldu. Onlar da Tovuzdan gəlmişdilər. Yol uzaq olduğundan bir qədər gecikmişdilər. Amma əsas problemlər bundan sonra başladı. Özümüzlə üzərində “Cənab prezident ümidimiz sizədi!”, “Tovuzu futbolsuz qoydular!”, “Turan”sız yaşamaq mümkün deyil!”, “Turan” yaşamalıdı, yaşasın bizimlə!” sözləri yazılmış plakatlar gətirmişdik. Plakatları açandan 2-3 dəqiqə sonra yenə də polislər bizə yaxınlaşaraq onları yığışdırmağımızı tələb etdilər. Yenə də, rəhbərlikdən gələn göstərişi icra etdiklərini dedilər. Görəsən, bu plakatlarda qanunsuz nə yazılmışdı ki, bizə qarşı belə haqsızlıq etdilər”.
Amma bu da polislərin azarkeşlərə qarşı son təzyiqi olmayıb. Sahib bəyin sözlərinə görə, “Turan”ı
dəstəkləyən 10-12 yaşlı bir neçə uşağı yanlarına dəvət ediblər və bu zaman yenə də polis səddi ilə qarşılaşıblar. Asayiş keçikçiləri həmin uşaqlara oyuna baxmağa imkan verməyərək, stadiondan uzaqlaşdırıblar.
Sonda tovuzlu azarkeş komandanın məğlubiyyətinin əsas səbəb ilə bağlı fikirlərini də bildirdi: “Komandanın xala ehtiyacı olan bir vaxtda heyətdə yerli futbolçuların oynaması əvəzinə, legionerlərə üstünlük verildi.
Onların heç biri tovuzlular qədər “Turan”a can yandıra bilməzdilər. Fərmayıl Əliyev oyunun əvvəlindən meydana çıxmalı idi. İkinci hissədə də göstərdiyi oyunla sübut etdi ki, yerli futbolçular “Turan”a legionerlərdən daha çox can yandırır”.
Qeyd edək ki, PFL-in saytında dərc olunan “Turan” – AZAL matçının protokolunda oyunu izləyən azarkeşləri sayı 30 nəfər göstərilib. Yəqin ki, onlar elə tovuzlu azarkeşlər olublar. Görəsən, həmin 20 nəfər və azyaşlı uşaqlar olmasaydı, azarkeş sayı nə qədər göstəriləcəkdi?
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |