“Qarabağ”: “Kəpəz”in rekordundan 1 addım geridə

06.05.2013 | 4197 dəfə oxunub

Ağdamın “Qarabağ” klubunun qələbə seriyası qırılıb. Stadium.az xəbər verir ki, Qurban Qurbanovun yetirmələri Premyer Liqada martın 12-də 23-cü turun “Simurq”la səfər oyununda 0:1 hesabı ilə uduzandan sonra 29-cu turun mayın 4-dəki “Neftçi” ilə görüşünədək (1:2) 5 qələbə sıralamışdı. Bu qələbələri ümumi 8:3 top fərqi ilə qazanan “Qarabağ” mövsümün rekordunu təkrarlayıb.

Belə ki, “Neftçi” 18-22-ci turlarda 5 ardıcıl qələbə qazanmışdı. Lakin bakılıların top fərqi daha sanballı idi – 12:3.

Mövsümdə ardıcıl 5 qələbə qazanan 3-cü komanda isə AZAL oldu. Paytaxt təmsilçisi 24-cü turda martın 30-da “Xəzər Lənkəran”la səfərdə heç-heçə (1:1) etdikdən sonra qələbə seriyasını artıq 5-ə çatdırıb. AZAL-ın bu matçlardakı top fərqi 11:2-dir.

“Neftçi”nin seriyası çempionatın təsnifat mərhələsinə təsadüf edibsə, “Qarabağ” ilk, AZAL ikinci “altılıq”da 5 qələbəni sıralayıb. Bu isə o deməkdir ki, “Qarabağ” Azərbaycan çempionatları tarixində “altılıq”da qeydə alınan ən uzun qələbə seriyasının 1 addımlığında dayanıb. “Altılıq”da ən uzun qələbə seriyası 1998/99 mövsümündə qeydə alınıb. Həmin vaxt “Kəpəz” 28-33-cü turlarda ardıcıl 6 dəfə qalib gəlməklə çempionluğu təmin etmişdi və yalnız bundan sonra seriya qırılmışdı. “Qarabağ”ın həmin seriyasını təkrarlamasına 1 qələbəsi yetmədi. AZAL isə ikinci “altılıq” üçün 2010/11 mövsümündə qeydə alınan rekordu təkrarladı. Bələ ki, həmin vaxt “Muğan” da 5 qələbəni sıralamışdı.

Qeyd edək ki, Azərbaycan çempionatları tarixində ən uzun qələbə seriyası da “Kəpəz”ə məxsusdur. Gəncəlilər 1997/98 və 1998/99 mövsümlərində ardıcıl 20 matçda meydanı 3 xalla tərk edib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail