Foqts: "Araz Abdullayev səhvini başa düşüb, üzr istədi" Müsahibə

06.05.2013 | 4809 dəfə oxunub

Azərbaycan millisinin baş məşqçisi Berti Foqtsun müsahibəsi 

- Milli komandanın Lüksemburqla iyulun 7-də dünya çempionatının seçmə mərhələsi çərçivəsində oyunu var. Artıq heyət də məlumdur. Bundan sonra heyətdən hansısa dəyişiklik gözlənilir?

- Biz 25 oyunçuyla hazırlıq görəcəyik. Lüksemburqla oyuna qədər heyəti dəyişdirməyəcəyik. Mayın 25 -də Qətərə yola düşəcəyik. Mənə lazımdır ki, oyun təcrübəsi az olan oyunçuları sınaqdan keçirim. Kubokun finalında "Nefçti"dən iştirak edən Mahir, Araz və Rəşad, "Xəzər Lənkəran"dan isə Rahid və Elnur bizimlə Qətərə gedə bilməyəcək. İlk növbədə onu qeyd edim ki, Lüksemburqla oyunda cəza səbəbindən Vüqar Nadirov və Rauf Əliyev də iştirak edə bilməyəcək.

- Deyəsən, Araz Abdullayevlə probleminizi həll eləmisiniz.

- Arazla oturub söhbət etmişik. Gəncdi, səhvə yol verə bilər, əsas odur ki, o səhvini başa düşüb üzr istəməyi bacarıb. Bu, çox xoş haldı. Məncə, belə bir oyunçuya şans vermək lazımdı. Bu nə medianın, nə də digərlərinin təzyiqi ilə baş verib. Arazı özüm milliyə çağırmışam. Bundan başqa Əfran və Vaqifin də hazırkı forması məni qane etmir. Mən onların iştirakını bir neçə oyun izləyəcəm. Bu baxımdan mən Arazı çağırmışam ki, rəqabət artsın. Mən bilirəm ki, Lüksemburqla oyunda bir hissə oynayıb. U 21-in Makedoniya ilə oyununda iştirak üçün həmin yığmanın heyətinə yollanacaq. Mən çox sevinirəm ki, millidə artıq Vaqiflə Əfranın alternativi var. Arazın son üç oyununa baxmışam və onun ikisini də çıxışını bəyənmişəm.

- "İnter"dən Asif Məmmədov necə, heyətə qoşula bilərmi?

- "İnter"dən Asif Məmmədovu mən də, köməkçim Nazim Süleymanov da izləyib. Çempionat səviyyəsində güclü futbolçudur. Lakin fikrimcə, beynəlxalq arenada daha sürətli futbol oynayırlar. Həmçinin onun mövqeyində bizim Vaqif, Əfran, Cihan kimi futbolçularımız var.

- Xüsusən Rauf Əliyevin yoxluğunda millimizin hücum xətti dişsiz görünür, Cihan Özkara və Branimir Subaşiç isə praktika baxımından əziyyət çəkir.

- Mən sizinlə razıyam ki, Subaşiç və Cihan uzunmüddətdir ki,oynamır. Ona görə də Qətərlə oyunu təşkil edirik. Amma Branimir təcrübəli oyunçudur. Məncə, o, təcrübəsi ilə komandaya kömək edə bilər. Sözsüz ki, biz Lüksemburqu udmaq istəyirik və bunu edə bilərik. Bunun üçün sürətli futbol və təbii ki, istək olmalıdır. Bu işdə Branimirin təcrübəsi bizə kömək ola bilər. Mən onu Qətərdə bir daha sınayacağam.

- Hamı Lüksemburq üzərində qələbə gözləyir. Məğlub olsanız, vəziyyət qəlizləşir. Belə olsa, istefa verəcəksiniz?

- Mənim müqaviləm var və onun sonuna qədər işləmək istəyirəm. Amma AFFA rəhbərliyi başqa fikirdə olsa, bunu hiss eləsəm, gedərəm. Mən komandama güvənirəm. Lüksemburq Şimali İrlandiya ilə səfərdə heç-heçə oynayıb. Səfər matçlarında müdafiə meyilli və sıx oynayır. Amma biz düzgün hazırlıq keçsək və orta xətlə yox cinahları işlətsək, Lüksemburqu məğlub edə bilərik.

- "Atletiko" (Madrid) Bakıya gəlsə, millinin oyunçularının bu kluba qarşı oynamasına razılıq verməmisiniz. Niyə?

- Şəxsən mənə sual verilməyib ki, milli komanda "Atletiko" ilə oynasın. Kim deyir ki mən buraxmamışam?

- "Bakı" klubunun rəhbərliyi belə deyir. Siz demisiniz ki, mən məsləhət görmürəm.

- Yenə deyirəm, mənə belə təklif olunmayıb. Heç baş katib və AFFA prezidentinə də deyilməyib. Mən Bakıya gələndə eşitmişəm ki, “Atletiko” bura gəlir. Məncə, bu, sırf "Atletiko" və "Bakı" arasında olan müqavilədi. Yenə deyirəm, mənə bu barədə heç bir təklif olunmayıb. Mən yalnız demişəm ki, inanmıram, "Neftçi", "Qarabağ", "Xəzər Lənkəran" kimi klublar çempionatın sonunda belə bir qızğın vaxtda oyunçularını buraxsın.

anspress.com


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail