"Syomin "Qəbələ"nin təklifini qəbul etmək üçün vaxt istəyib"

07.05.2013 | 4795 dəfə oxunub

“Həqiqətən Azərbaycanın “Qəbələ” klubu Syominə təklif göndərib. Ancaq Yuri Pavloviç fikirləşmək üçün vaxt istəyib”. Stadium.az xəbər verir ki, bu sözləri tanınmış rusiyalı məşqçi Yuri Syominin agenti Dmitri Selyuk deyib.

“İzvestiya” nəşrinə müsahibə verən Selyuk mütəxəssisin “Qəbələ”dən aldığı təklifi təsdiqləyib: “Məsələ ondadır ki, indi ona müxtəlif klublardan təkliflər daxil olub. Hər şeyi ağılla-başla dəyərləndirmək üçün vaxt lazımdır. Özü də “Qəbələ” rəhbərliyinin bu addımını qiymətləndirmək lazımdır. Onlar mövsüm bitməsini gözləməyərək, əvvəldən Syominə maraqlarının olduğunu göstərdilər. Azərbaycanda futbol həqiqətən də sürətlə inkişaf edir və maliyyələşmə də yüksək səviyyədədir. Bu, aparıcı mütəxəssislərimiz üçün çox yaxşı iş yeridir. Axı onlara Rusiya və Ukraynadan başqa heç yerdə tələbat yoxdur”.

Agentin sözlərinə görə, Syomini məşhurlaşdığı “Lokomotiv”dən aldığı təklif də cəlb edir: “Görək sonda Syomin hansı qərarı qəbul edəcək. Ancaq istənilən halda, onun istirahət üçün vaxtı yetərincə çox olub. İndi yenidən döyüşə atılır. Digər tərəfdən Syomin yenidən “Lokomotiv”də işləməyin əleyhinə deyil”.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail