Todorov "Xəzər Lənkəran"ın tarixində 21-ci oldu

10.05.2013 | 5087 dəfə oxunub

Premyer Liqanın XXX turu “Xəzər Lənkəran”ın bolqarıstanlı legioneri Radomir Todorov üçün əlamətdar olub. Stadium.az klubun rəsmi saytına istinadən xəbər verir ki, o, karyerasında ilk dəfə “ağ-yaşıllar”ın kapitanı kimi meydana çıxıb. Komandanın “Turan”la qarşılaşmasına sarğı ilə başlayan Todorov bununla da klubun kapitanları siyahısına daxil olub.
 
Bunadək 2004-cü ildə yaranan “Xəzər Lənkəran”ı 9 illik tarixində rəsmi matçlara 20 kapitan çıxarmışdı. Radomir bu siyahıya 21-ci kimi daxil oldu. Bolqarıstanlı futbolçu Junior Osvaldo və Aleksandr Martyoşkindən sonra kapitanlığa layiq görülən 3-cü legionerdir. Əcnəbilər ümumilikdə 4 dəfə meydana kapitan sarğısı ilə çıxıb.
 
Qeyd edək ki, komandanın əsas kapitanı Rahid Əmirquliyev “Turan”la görüşdə meydana sonradan daxil olub.
 
1. Kamran Ağayev  83
2. Rahid Əmirquliyev  60
3. Mahmud Qurbanov  59
4. Emin Quliyev  25
5. Samir Əliyev  24
6. Zaur Ramazanov  23
7. Dmitri Kramarenko 19
8. Arif Əsədov  14
9. Elmar Baxşıyev  10
10. Elnur Allahverdiyev  5
11. Bəxtiyar Musayev  4
12. Alim Qurbanov  3
13-14. Füzuli Məmmədov, Junior Osvaldo  2
15-21. Aleksandr Martyoşkin, Elnur Abdullayev, Ədəhim Niftəliyev, Radomir Todorov, Rəşad Abdullayev, Ruslan Poladov, Xaqani Məmmədov  1



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail