Meydançanı tərk edən komandaya texniki məğlubiyyət verildi

10.05.2013 | 3566 dəfə oxunub

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. Stadium.az xəbər verir ki, toplantıda aşağıdakı qərarlar qəbul edilib:

07 may 2013-cü il, 2012/2013 mövsümündə, XXI Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XXX turunun “Kəpəz” – “Rəvan” matçında “Rəvan” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunur (maddə 40).

08 may 2013-cü il, 2012/2013 mövsümündə, XXI Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XXX turunun “Neftçi” – “Simurq” matçında “Simurq” klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunur (maddə 40).

Oyunun 6-cı dəqiqəsində “Simurq” klubunun 13 №-li futbolçusu İlkin Qırtımov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır, klub 1000 manat cərimə olunur (maddə 37.1).

Matçın fasiləsi zamanı “Simurq” klubunun məşqçisi Rauf Mehdiyev hakimləri təhqir etdiyi üçün 5 oyunluq cəzalanır, klub 2500 manat cərimə olunur (maddə 42.4).

02 may 2013-cü il U-16 Liqasının “Vətən” – “İnter” matçının 28-ci dəqiqəsində “İnter” klubunun baş məşqçisi Vəli Hüseynov qeyri-etik ifadələr işlətdiyinə görə texniki zonadan kənarlaşdırıldığı üçün 5 oyunluq cəzalanır (maddə 42.4).

05 may 2013-cü il Həvəskarlar arasında Azərbaycan birinciliyinin “Gənclik” – “Adıgün” matçının 85-ci dəqiqəsində “Gənclik” klubunun 28 №-li futbolçusu Xəyal Niftəliyev idmançıya yaraşmayan görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).

05 may 2013-cü il Həvəskarlar arasında Azərbaycan birinciliyinin “Bayıl Rovers” – “Şamaxı” matçının 52-ci dəqiqəsində “Bayıl Rovers” klubunun 10 №-li futbolçusu Harisson Hernandovson idmançıya yaraşmayan görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).

Oyunun 75-ci dəqiqəsində “Şamaxı” klubunun 10 №-li futbolçusu Seymur Gülməmmədov idmançıya yaraşmayan görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).

Matçın 87-ci dəqiqəsində “Bayıl Rovers” klubunun 6 №-li futbolçusu Tomis Morrison rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 3 oyunluq cəzalanır (maddə 42.1).

07 may 2013-cü il Həvəskarlar arasında Futzal üzrə Azərbaycan birinciliyinin “Akkord” – “Bolluq” matçının 17-ci dəqiqəsində “Bolluq” klubunun 13 №-li futbolçusu Rəşad Piriyev aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır (maddə 38.3).

Matçın 17-ci dəqiqəsində “Bolluq” klubunun meydançanı tərk etdiyi üçün kluba 0:5 hesablı texniki məğlubiyyət verilir (maddə 53).



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail