”Xəzər Lənkəran” məşq edib Bakıya yola düşdü

11.05.2013 | 3776 dəfə oxunub

“Turan” üzərində qələbədən sonra bir günlük istirahətini başa vuran “Xəzər Lənkəran”, dünəndən məşqlərini bərpa edib. Stadium.az klubun rəsmi saytına istinadən xəbər verir ki, dünən, gün ərzində yeganə, gündüz məşqini Lənkərandakı bazasının ehtiyat meydançasında keçirən komanda bu gun, səhər məşqini də tamamlayaraq Bakıya yola düşüb. Premyer liqanın XXXI turunda “Sumqayıt”ın qonağı olacaq “Xəzər Lənkəran” sabah oyunun keçiriləcəyi məkanda, “Bayıl Arena”da oyun öncəsi son məşqini edib hazırlığını tamamlayacaq. Hazırda komandada zədəlilərin çoxluğu məşqçilər korpusunu qayğılandıran əsas məqamdır. Belə ki, Kamran Abdullazadə, Elnur Abdullayev, Akif Tağıyev, Adrian Pit, Vanderson Skarduelli və Dimitrios Sialmas komanda ilə birgə hazırlıq keçə bilmir. Adıçəkilən futbolçular hələlik fərdi olaraq məşqlərini davam etdirirlər. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail