Rekordçu Kanales...

11.05.2013 | 5886 dəfə oxunub

“Neftçi”nin hücumçusu Nikolas Kanales Azərbaycan futbolu tarixinin ən sərrast legioneridir. Stadium.az klubun rəsmi saytına istinadən xəbər verir ki, çilili futbolçu  Topaz Premyer Liqasının XXIX turu çərçivəsində “Qarabağ”la keçirilmiş oyunda 26-ci qolunu vurmaqla, özünəməxsus rekordu yeniləyib. Xatırladaq ki, bu mövsümədək rekord 1997/98 mövsümündə 20 dəfə fərqlənmiş Badri Kvaratsxeliyanın aktivində idi.

Nikolas Premyer Liqada mübarizə aparan klublardan yalnız “Turan”ı məyus edə bilməyib. “Turan”dan başqa bütün komandaların qapısına yol tapan çilili oyunçunun ən çox məyus etdiyi komanda “Sumqayıt”dır. “Sumqayıt”a iki oyunda 5 qol vuran hücumçu “Xəzər Lənkəran”la hər iki matçda da qol sevinci yaşayıb. “İnter”in qapısına isə Kanales ümumilikdə 4 dəfə yol tapıb. Futbolçu AZAL, “Simurq”, “Kəpəz” və “Qarabağ” klubları ilə oyunlarda dubl edib. Maraqlıdır ki, Nikolas Kanales bu mövsüm “Neftçi”nin ən çox oyun keçirən futbolçularından da biridir. O, komandanın cari mövsümdə keçirdiyi 47 rəsmi oyunun 45-də meydana çıxıb.

Qeyd edək ki, çilili hücumçu qarşıdakı 2 görüşdə rekordunu yeniləyə bilər.

 



  #1   Adınız: Muxtar;   E-mail: ---

11.05.2013 17:43

Kanales yekdi. Azerbaycan gelen en seviyyeli hucumcudu

ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail