"Rəvan" AZAL önünə ciddi itki ilə çıxacaq

13.05.2013 | 4849 dəfə oxunub

Premyer Liqanın 31-ci turu çərçivəsində sabah AZAL-ı qəbul edəcək "Rəvan” bu oyuna hazırlığı başa vurub. Stadium.az xəbər verir ki, "Rəvan" bu gün keçirilən məşqdən sonra oyun saatını gözləməyə başlayıb.

"Bayıl stadionu”nda baş tutan son məşq təxminən 1 saat davam edib. Baş məşqçi Ramil Əliyev hazırlıq ərzində yetirmələrini qısa və dəqiq ötürmələr üzərində xüsusi çalışdırıb. Futbolçular təzyiq altında topu özündə maksimum dərəcədə çox saxlamaq tapşırığını da yerinə yetirib. Məşqin sonunda isə cinah asmaları və qapıya zərbələr üzərində işləməyə imkan oldu.

Qeyd edək ki, "Rəvan"da növbəti oyun üçün yalnız 1 itki var. Amma bu, çox ciddi itkidir. Belə ki, cari mövsüm 14 qol vuraraq komandanın əsas qoleadoruna çevrilmiş Xuan Manuel Varea sarı vərəqə limitini doldurduğuna görə cəzalıdır və 1 matç buraxmalı olacaq.

Qeyd edək ki, argentinalı qoleador cari mövsüm Premyer Liqadakı bütün oyunlarda start heyətində meydana çıxmışdı. Başqa sözlə, onun seriyası da qırılacaq.

Əvəzində "Kəpəz”lə son oyunda cəzalı olan Orxan Lalayev, Samuel Barlay və Miloş Adamoviç cəzasını başa vurub. Baş məşqçi Ramil Əliyev bu "üçlük”dən savayı, zədələrini sağaldan Nikolay Orlovski və Mindauqas Kalonasın da xidmətindən yararlana biləcək.

Qeyd edək ki, sabah "Bayıl stadionu”nda keçiriləcək "Rəvan” - AZAL qarşılaşması saat 17:30-da başlayacaq. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail