Premyer Liqada və I divizionda pul mükafatı ləğv edildi

14.05.2013 | 3436 dəfə oxunub

Futbol üzrə Azərbaycan Premyer Liqasında ilk 3 yerin sahiblərinə verilən pul mükafatı ləğv olunub. Stadium.az xəbər verir ki, cari mövsümdən etibarən yüksək liqada qalib və mükafatçılara Peşəkar Futbol Liqası (PFL) yalnız qızıl, gümüş və bürünc medallar təqdim edəcək.

Halbuki ötən mövsümədək çempion 150 min, vitse-çempion 100 min, 3-cü yerin sahibi isə 70 min manata da sahib olurdu. Bu il isə yalnız Azərbaycan kubokunun qalibi yenə 100 min manat, finalçı isə 50 min manat mükafatını alacaq. I diviziondan Premyer Liqaya yüksələcəkləri halda isə ilk pillənin sahibinə 100 min manat, 2-ci yeri tutana isə 70 min manat mükafat veriləcək. Amma növbəti mövsüm Topaz Premyer Liqasında 10 komanda mübarizə aparacağından, I diviziondan heç bir komanda elitaya yüksəlməyəcək. Bu isə o deməkdir ki, aşağı liqada çempion və vitse-çempionu da pul mükafatı almayacaq.

Məlumatı PFL-in Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev də təsdiqləyib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail