“Neftçi”: 20-ci çempionatda 15-ci mükafat

15.05.2013 | 4213 dəfə oxunub

Premyer Liqanın 31-ci turundan sonra 2012/13 mövsümünün mükafatçılarının tam siyahısı müəyyənləşib. Stadium.az xəbər verir ki, “Neftçi” qızıl, “Qarabağ” gümüş, “İnter” bürünc medalları təmin edib. Ardıcıl 3-cü dəfə ilk “üçlük”də yer alan “Neftçi” əvvəlki 2 ildə olduğu kimi çempion titulunu qazanıb. Bakılılar buna ardıcıl 3 dəfə nail olan ilk komandadır.

“İnter” isə ardıcıl 2-ci dəfə qazandığı medalın əyarını ötənilki kimi bürüncdə saxlayıb. Paytaxt təmsilçisi “Turan”, “Neftçi” və “Qarabağ” kimi ardıcıl 2 mövsüm bürünc qazanan 4-cü komandadır. “Qarabağ” isə 1 illik fasilədən sonra mükafatçılar arasına qayıdıb.

Ümumilikdə isə “Neftçi” 20 çempionatda 15-ci mükafatını qazanıb. Medal sayında 2-ci pillənin vahid sahibinə çevrilən “Qarabağ”ın 7, “İnter”in isə 5 mükafatı var. Lakin medalların əyarına görə ağdamlılar yalnız 6-cıdır.

“Neftçi” həm qızıl (8), həm də bürünc medalların (5) sayında da hamıdan öndədir. 3-cü gümüşünü qazanan “Qarabağ” “Xəzər Lənkəran”a məxsus olan ikincilik rekordunu təkrarlayıb.

yer

klub

I

II

III

CƏMİ

1

Neftçi

8

2

5

15

2

Kəpəz

3

1

2

6

3-4

Bakı (əvvəlki Dinamo)

2

2

1

5

Şəmkir

2

2

1

5

5

İnter

2

1

2

5

6

Qarabağ (2001-04-cü illərdə Qarabağ-Azərsun)

1

3

3

7

7

Xəzər Lənkəran

1

3

0

4

8

Turan

1

1

2

4

9

Xəzər S

0

2

0

2

10-11

Xəzri

0

1

1

2

Karvan

0

1

1

2

12

AZAL (əvvəlki Olimpik)

0

1

0

1

13-14

Simurg

0

0

1

1

Viləş

0

0

1

1

21-ci milli çempionatda komandalar 20-ci dəfə mükafatçıları müəyyənləşdirdilər. Buna səbəb 2001/02 mövsümünün yarımçıq qalmasıdır. Bundan başqa 2002/03 mövsümü ümumiyyətlə keçirilməyib. 1992 və 1993 mövsümləri yaz-payız, digərləri isə payız-yaz sistemləri ilə keçirilib. 1996/97 mövsümündə qızıl “Qarabağ”a, gümüş “Neftçi”yə verilsə də UEFA bakılıları çempion, Ağdam təmsilçisini vitse-çempion qəbul edib.

Mövsüm

Çempion

II yer

III yer

1992

“Neftçi”

“Xəzər” S

“Turan”

1993

“Qarabağ”

“Xəzər” S

“Turan”

1993/94

“Turan”

“Qarabağ”

“Kəpəz”

1994/95

“Kəpəz”

“Turan”

“Neftçi”

1995/96

“Neftçi”

“Xəzri”

“Kəpəz”

1996/97

“Neftçi”

“Qarabağ”

“Xəzri”

1997/98

“Kəpəz”

“Dinamo”

“Şəmkir”

1998/99

“Kəpəz”

“Şəmkir”

“Neftçi”

1999/2000

“Şəmkir”

“Kəpəz”

“Neftçi”

2000/01

“Şəmkir”

“Neftçi”

“Viləş”

2003/04

“Neftçi”

“Şəmkir”

“Qarabağ-Azərsun”

2004/05

“Neftçi”

“Xəzər Lənkəran”

“Karvan”

2005/06

“Bakı”

“Karvan”

“Neftçi”

2006/07

“Xəzər Lənkəran”

“Neftçi”

“Bakı”

2007/08

“İnter”

“Olimpik”

“Neftçi”

2008/09

“Bakı”

“İnter”

“Simurq”

2009/10

“İnter”

“Bakı”

“Qarabağ”

2010/11

“Neftçi”

“Xəzər Lənkəran”

“Qarabağ”

2011/12

“Neftçi”

“Xəzər Lənkəran”

“İnter”

2012/13

“Neftçi”

“Qarabağ”

“İnter”




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail