Emin Abbasov "Qarabağ"da

15.05.2013 | 4390 dəfə oxunub

"Qarabağ" klubunda yeni təyinat baş tutub. Stadium.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan futbol ictimayyətində tanınmış simalardan olan, televiziya sahəsindəki fəaliyyəti ilə məşhurlaşan Emin Abbasov bu gündən etibarən "Qarabağ" FK-nın idari sturukturunda çalışacaq. Emin bəy "Qarabağ" FK-da aşağı yaş qruplarının baş koordinatoru vəzifəsinə təyinat alıb.  Emin Abbasov klubun rəsmi saytına ilkin təəssüratları və hədəfləri haqqında danışıb: "Harada olmağımdan asılı olmayaraq həmişə Azərbaycan futboluna xidmət etməyə çalışmışam. "Qarabağ" klubundan iş təklifi aldım və məmnuniyyətlə bu dəvəti qəbul etdim. Klubun direktoru Əmrah Çəlikəllə danışdıq, mənə hər cür dəstək verəcəyini söylədi. Belədə bütün bacarığımı nümayiş etdirmək üçün əla imkanlara malik olduğum bir məkana gəldiyimi anladım.  Sözsüz ki, son 3-4 ildə "Qarabağ" Azərbaycan futboluna yeni nəfəs gətirib.  Yerli futbolçulara verilən dəyər "Qarabağ" məfhumunu insanlara daha da doğmalaşdırıb. Təbii ki, günümüzdə futbol xüsusi inkişaf mexanizminə malikdir. Biz də dünyanın idmanın şahında tərəqqi edən bütün müsbət meyarlardan yararlanmaq üçün çalışacağıq. "Qarabağ" rəhbərliyi ilə söhbətlərdən  əmin oldum ki, həqiqətən də klub üçün böyük ideyaları var. Hazırda klubun strukturu qurulur. Baza yaxında zamanda hazır olacaq. Bundan sonra "Qarabağ"ın bütün yaş qrupları üzrə komandalarına cavabdehlik daşıyacam. Əlimdən gələn hər şeyi edəcəyəm ki, "Qarabağ"ın Futbol Akademiyası günü-gündən inkişaf etsin. Bu gün kollektivə təqdim olundum və daha sonra bütün yaş qrupları üzrə çalışan məşqçilərlə görüşümüz oldu. Komandalarımızın qazandığı nəticələr barədə məlumat verildi, mövcud vəziyyətlə bağlı müzakirələr aparıldı. Təbii ki,  məsələnin texniki tərəfinə qarışmaq peşəkarlığa sığmır. Mənim işim futbolun idarəçilik, məşqçilər də isə meydanda olan hissəsidir. Əl-ələ verib klubumuzun gələcəyini qurmağa çalışacağıq. Futbolun inkişafını istəyiriksə, mütləq uşaq futboluna lazımi diqqət ayırmalıyıq. Başqa cür irəliləyiş əldə etmək mümkün olmayacaq. İşimiz çətin olsa da olduqca məsuliyyətlidir. Hədəfimiz "Qarabağ"ın simasında bütün Azərbaycan futboluna xidmət etməkdir. Hamı bilir ki, "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov yerli gənclərlə işləməyə ütsünlük verən mütəxəssisdir. Bu məqam bizim məsuliyyətimizi birə-beş artırır. Çünki yalnız rəhbərlik deyil, həm də baş məşqçi hər zaman aşağı yaş qrupları üzrə komandaların durumunu nəzarət altında saxlayır. İnanıram ki, "Qarabağ" camiəsi üçün xeyirli olacam".

Stadium.az saytının kollektivi Emin Abbasova yeni işində uğurlar arzulayır. 

  



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail