UEFA-nın rəsmi saytı "Neftçi"nin çempionluğundan yazdı

15.05.2013 | 4748 dəfə oxunub

UEFA-nın rəsmi saytı “Neftçi”nin dalbadal üçüncü, ümumilikdə səkkizinci dəfə Azərbaycan çempionu adını qazanması ilə bağlı yazı dərc edib. Stadium.az xəbər verir ki, “Neftçi”nin diktaturası” adlı yazıda klubun rəhbərliyinin, məşqçi və futbolçuların fikirlərinə yer verilib.

Vitse-prezident Tahir Süleymanov deyib ki, bu dəfə mükafatı qazanmaq ötənilkindən daha çətin olub. O xatırladıb ki, 2011/12-ci il mövsümündə komanda çempionatın başa çatmasına üç, ötən il iki, bu dəfə isə bir tur qalmış birinciliyi təmin edib: “Biz mövsüm ərzində bir neçə dəfə çətinliklə üzləşdik. Amma buna baxmayaraq, sübut etdik ki, komandamız yenə də Azərbaycanda ən güclüdür”.

“Neftçi”nin kapitanı Rəşad Sadiqov qeyd edib ki, onlar bu uğuru qazanacaqlarına inanıblar və buna nail olublar.

Komandanın müdafiəçisi İqor Mitreski uğurda klubun prezidenti Sadıq Sadıqovun xüsusi rolunu qeyd edib: “O, bizi həmişə dəstəkləyib. Biz yaxşı təcrübə toplamışıq, Avroliqanın qrupundan oynamışıq. İnanıram ki, bu tempdə də davam edəcəyik”.

Hücumçu Nikolas Kanales isə deyib: “Çempion olmaqdan gözəl bir duyğu yoxdur. Bu gun uzun sürən marafondan sonra çempionluğu yaşadım. “Çempionluq yolunda mənə dəstək olan hər kəsə öz təşəkkürümü bildirirəm. Bu gün çox gözəl bir gündür”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail