“Qəbələ Kuboku”nun finalı Türkiyə telekanalında

15.05.2013 | 4787 dəfə oxunub

Türkiyənin “NTVSpor” telekanalı mayın 28-də start götürəcək II “Qəbələ Kuboku”nun final matçını canlı yayımlayacaq. Stadium.az xəbər verir ki, bu haqda “Qəbələ” Futbol Akademiyasının direktor müavini Nail Kərimov məlumat verib.

Kərimovun sözlərinə görə, bu məqsədlə telekanalın 18 nəfərdən ibarət heyəti Azərbaycana gələcək: “Artıq “NTVSpor”la razılıq əldə etmişik. Bu telekanal “Qəbələ Kuboku”na böyük maraq göstərir. İyunun 2-də keçiriləcək final matçının canlı yayımı ilə yanaşı, hər gün “NTVSpor”un idman xəbərlərində və bülletenlərində turnirlə bağlı məlumatlar da veriləcək. Verilişlərdə “Qəbələ Kuboku” barədə də danışılacaq. Hətta verilişlərdən birinin Qəbələdən canlı efirə çıxması da planlaşdırılıb”.

Azərbaycan telekanallarından isə “İdman Azərbaycan” turnirin bir neçə oyununu yayımlayacaq.

Qeyd edək ki, II “Qəbələ Kuboku”nda Türkiyəni “Beşiktaş” təmsil edəcək. İlk turnirin qalibi “Qalatasaray” olub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail