"Bakı" İtaliya klubuna uduzdu

16.05.2013 | 4255 dəfə oxunub

Çimərlik futbolu üzrə Azərbaycan çempionu "Bakı" Avropa kuboku uğrunda (Euro Winners Cup 2013) mübarizəyə başlayıb. Stadium.az "Bakı"nın rəsmi saytına istinadən xəbər verir ki, 20 ölkəni təmsil edən çempion komandalar 5 qrupa bölünüblər. 

İtaliyanın  San Benedetto del Tronto şəhərind bir araya gələn komandalar artıq ilk oyunlarına çıxıblar. E qrupunun start qarşılşamasında İtaliya çempionu "ASD Terraçina BS" (ASD Terracina BS) ilə mübarizə aparan "Bakı" meydan sahiblərinə 1:3 hesabı ilə məğlub olub. 

Oyunda hesabı meydan sahibləri açıblar. Llorenç ilk qolu komandamızın qapısından keçirib. Bir qədər sonra Llorenç ikinci dəfə qapımıza yol tapıb. Bundan sonra komandamız hesab arasındakı fərqi azaltmağa müvəffəq olub. Ramil Əliyev fərqi minimuma endirib. Kifayət qədər maraqlı mübarizədə davam edən oyunda yaranan imkanlardan istifadə edə biməyən "Bakı" üçüncü dəfə mərkəzə dəvət olunub. Yenə də Llorenç fərqlənib. İtaliyalı futboçunun het-triki meydan sahiblərinə qələbə qazandırıb.

Komandamız bu gün ikinci oyununa çıxacaq. Rəqib Polşa çempionu "Qrembax Lodz" (Grembach Lodz) klubudur. Oyun Bakı vaxtı ilə saat 17.45-də başlanacaq.

Ələvə edək ki, Polşa klubu ilk qarşılaşmada Latviya təmsilçisi "Kreys"i (Kreiss) 5:1 hesabl ilə məğlub edib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail