"İnter" bu gün "Qəbələ" ilə oyunun hazırlığına başlayacaq

16.05.2013 | 3615 dəfə oxunub

Premyer Liqanın 31-ci turu çərçivəsində “İnter” səfərdə “Simurq”la qarşılaşmışdı. Stadium.az xəbər verir ki, qarşılaşmadan sonra gecə saatlarında Bakıya çatan komanda üzvləri dünən istirahət ediblər. Bu gün komanda “Şəfa” stadionuna toplaşaraq mövsümün “Qəbələ” ilə son matçının hazırlıqlarına başlayacaq.

Qeyd edək ki, “Qəbələ” ilə görüşdə diskvalifikasiyaya görə Vladimir Levin və Samir Zərgərov meydançaya çıxa bilməyəcəklər. Xatırladaq ki, V.Levin qırmızı vərəqə aldığına görə, S.Zərgərov isə sarı vərəqə limitinə doldurduğuna görə son oyunu buraxmalı olacaqlar.

 Əlavə edək ki, “İnter”-“Qəbələ” matçı mayın 19-da “Şəfa” stadionunda baş tutacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail