AFFA 5 futbolçu üçün mövsümü erkən bitirdi

16.05.2013 | 4489 dəfə oxunub

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Stadium.az xəbər verir ki,  13 may 2013-cü il, 2012/2013 mövsümündə, XXI Topaz Premyer Liqasının XXXI turunun “Sumqayıt” - “Xəzər Lənkəran” matçının 61-ci dəqiqəsində “Xəzər Lənkəran” klubunun 27 №-li futbolçusu Adrian Skatlatake idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 200 manat cərimə olunub.

AZAL-la oyunun 85-ci dəqiqəsində “Rəvan” klubunun 5 №-li futbolçusu Nikolay Orlovski idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 200 manat cərimə olunub.

14 may 2013-cü il, 2012/2013 mövsümündə, XXI Topaz Premyer Liqasının XXXI turunun “Simurq” – “İnter” matçının 54-cü dəqiqəsində “Simurq” klubunun 19 №-li futbolçusu Nicat Qurbanov aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanıb, klub 2000 manat cərimə olunub. Oyunun 74-cü dəqiqəsində “İnter” klubunun 15 №-li futbolçusu Volodimir Levin idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 200 manat cərimə olunur.

14 may 2013-cü il, 2012/2013 mövsümündə, XXI Topaz Premyer Liqasının XXXI turunun “Qarabağ” – “Bakı” matçının 84-cü dəqiqəsində “Bakı” klubunun 23 №-li futbolçusu Rauf Əliyev aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanıb, klub 2000 manat cərimə olunub.

 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail