"İnter"in futbolçusu 5 oyunluq cəzalandı

16.05.2013 | 3720 dəfə oxunub

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. Stadium.az xəbər verir ki, iclasda aşağıdakı qərarlar qəbul edilib:

13 may 2013-cü il, 2012/2013 mövsümündə, XXI Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XXXI turunun “Simurq” – “İnter” matçının 86-cı dəqiqəsində “Simurq” klubunun 20 №-li futbolçusu İlqar Hüseynov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır, klub 1000 manat (maddə 37.1).

13 may 2013-cü il, 2012/2013 mövsümündə, XXI Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XXXI turunun “Rəvan” – AZAL matçında hər iki klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 500 manat cərimə olunur (maddə 40).

Oyunun 90+4-cü dəqiqəsində AZAL klubunun 7 №-li futbolçusu Elgün Abbaslı rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 3 oyunluq cəzalanır, klub 1000 manat(maddə 42.1).

13 may 2013-cü il, 2012/2013 mövsümündə, XXI Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XXXI turunun “Qarabağ” – “Bakı” matçının 29-cu dəqiqəsində Mahir İbrahimov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır, klub 2000 manat (maddə 42.3).

11 may 2013-cü il, 2012/2013 mövsümündə, Azərbaycan Divizionunun XXV turunun “Şəmkir” – “Tərəqqi” matçında “Şəmkir” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur(maddə 40).

11 may 2013-cü il, 2012/2013 mövsümündə, Azərbaycan Divizionunun XXV turunun “Energetik” – “Qala” matçının 45-ci dəqiqəsində “Energetik” klubunun 14 №-li futbolçusu Ruslan Həmidov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır, klub 200 manat cərimə olunur (maddə 37.1).

Matçın 75-ci dəqiqəsində “Energetik” klubunun 12 №-li futbolçusu Zamir Cəlilov sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).

07 may 2013-cü il U-19 Liqasının “Qəbələ” – “Qarabağ” matçının 65-ci dəqiqəsində “Qarabağ” klubunun 16 №-li futbolçusu Elton Turabov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).

16 may 2013-cü il "Azercell U-17 Liqa"nın “Qəbələ” – “Gənclik” matçında “Gənclik” klubu iştirak etmədiyi üçün kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).

13 may 2013-cü il "Azercell U-17 Liqa"nın “Qarabağ” – “Neftçi” matçının 75-ci dəqiqəsində “Neftçi” klubunun 77 №-li futbolçusu Toğrul Həsənzadə idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).

Oyunun 80-ci dəqiqəsində “Neftçi” klubunun 20 №-li futbolçusu Vüsal Hüseynov aqressiv oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır (maddə 38.3).

06 may 2013-cü il "Azercell U-17 Liqa"nın “Rəvan” – “Qarabağ” matçının 63-cü dəqiqəsində “Qarabağ” klubunun 3 №-li futbolçusu Cavid Qasımov sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).

06 may 2013-cü il "Azercell U-17 Liqa"nın AZAL – “Turan” matçının 76-cı dəqiqəsində “Turan” klubunun 6 №-li futbolçusu Məcid Xəlilov sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).

13 may 2013-cü il "Azercell U-17 Liqa"nın “Kəpəz” – ROİL matçında ROİL klubu iştirak etmədiyi üçün kluba 0:3 hesablı texniki məğlubiyyət verilir. Klub 3 dəfə oyunlarda iştirak etmədiyinə görə yarışlardan kənarlaşdırılır(maddə 56).

09 may 2013-cü il U-16 Liqasının “Bakı” – “Neftçi” matçının 80+3-cü dəqiqəsində “Neftçi” klubunun 5 №-li futbolçusu İbrahim Əliyev hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır (maddə 42.3).

15 may 2013-cü il U-16 Liqasının “Turan” – AZAL matçında AZAL klubunun iştirak etmədiyi üçün kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).

09 may 2013-cü il U-16 Liqasının “Qarabağ” – “Turan” matçının 57-ci dəqiqəsində “Turan” klubunun 9 №-li futbolçusu Natiq Qüdrətov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır (maddə 42.3).

14 may 2013-cü il "Kapital Bank U-15 Liqa"nın “Əlincə” – “Qəbələ” matçının 50-ci dəqiqəsində “Qəbələ” klubunun baş məşqçisi Halim Fıçıcı təhqiredici hərəkətə görə meydandan kənarlaşdırıldığı üçün 5 oyunluq cəzalanır (maddə 42.4).

07 may 2013-cü il U-14 Liqasının “Şirvan” – “Xəzər Lənkəran” matçının 40-cı dəqiqəsində “Şirvan” klubunun 10 №-li futbolçusu İsmayıl Qəmbərov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 37.1).

13 may 2013-cü il U-14 Liqasının “İnter” – “Neftçi” matçının 20-ci dəqiqəsində “Neftçi” klubunun baş məşqçisi Ramil Həbibov hakimə etiraz etdiyinə görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanır(maddə 62).

07 may 2013-cü il "Coca-Cola U-13 Liqası"nın “İnter” – “Neftçi” matçı başa çatdıqdan sonra “İnter” klubunun 5 №-li futbolçusu Bayram Paşazadə hakimi təhqir etdiyi üçün 5 oyunluq cəzalanır (maddə 42.3).

12 may 2013-cü il Həvəskarlar arasında Azərbaycan birinciliyinin “Ağstafa” – “Avey” matçının 86-cı dəqiqəsində “Ağstafa” klubunun 9 №-li futbolçusu İsmayıl İsmayılov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır (maddə 37.1).

Oyunun 89-cu dəqiqəsində “Ağstafa” klubunun 11 №-li futbolçusu Vüqar Qurbanov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır (maddə 42.3).

14 may 2013-cü il Həvəskarlar arasında Futzal üzrə Azərbaycan birinciliyinin “Baku Fire” – “Rabitə” matçının 35-ci dəqiqəsində “Rabitə” klubunun 10 №-li futbolçusu Əhməd Budaqovla, “Baku Fire” klubunun 12 №-li futbolçusu Aleksandr Şarkon aqressiv oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldıqları üçün futbolçular 4 oyunluq cəzalanır (maddə 38.3). 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail